Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qayıdış hüququ təmin edilənədək...

Qayıdış hüququ təmin edilənədək...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan mövzusu beynəlxalq müstəviyə çıxarılacaq

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı beynəlxalq müstəvidə işlər davam etdirilir. Bu prosesdə müxtəlif beynəlxalq platformaların imkanlarından səmərəli istifadə olunur. Mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bunun göstəricisidir.

Ankarada vacib beynəlxalq konfrans

Qeyd edək ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb. Tədbirin açılışında Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə müxtəlif panellər üzrə müzakirələr aparılıb. Birinci panel  Qərbi Azərbaycanın tarixindən bəhs edib. İkinci panel isə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusuna həsr olunub. Sonda iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib.

Qayıdış Qərbi azərbaycanlıların fundamental hüququdur

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması onların fundamental hüququdur. Bu məsələ dövlətimiz tərəfindən müxtəlif beynəlxalq platformalarda daim  gündəmə gətirilir. Eləcə də, Qərbi Azərbaycan İcması mütəmadi olaraq bir sıra beynəlxalq təşkilatlara müraciətlər edir. Bunların sırasında BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara da müraciətlər var. Hətta bəzi müraciətlər BMT-nin sənədi kimi də yayılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapan məqamlardan biri məhz qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Qayıdış hüququ bəzi beynəlxalq təşkilatların sənədlərində əksini tapır

Qeyd edək ki, müxtəlif beynəlxalq təşkilatlar da mövzunu gündəmə gətirir. Məsələn, Asiya Parlament Assambleyasının bu il 17-21 fevral tarixlərində Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənədində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Aprel ayında isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanda keçirilən dördüncü konfrasının yekunu olaraq qəbul edilmiş Daşkənd Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsinə yer verilib.

İcmanın xaricdə nümayəndəliklərinin açılması nəzərdə tutulur

Cari ilin aprel ayında keçirilmiş  Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada da Qərbi Azərbaycan həqiqətləri də müzakirə edilib. Əlbəttə, bu yöndə faktların sayını artırmaq da olar. Bu baxımdan, Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin dediyi kimi, tədbirin Ankarada baş tutması Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun Türkiyə ictimaiyyətinə çatdırılması yolunda çox mühüm rol oynayacaq. O hesab edir ki, qardaş Türkiyə bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində də ölkəmizin yanında olacaq.

Ə. Ələkbərli xatırladıb ki, Qərbi Azərbaycan İcması yarandığı gündən qarşısındakı ilk vəzifələrdən biri Qərbi Azərbaycan həqiqətlərini, bu bölgədən müxtəlif dövrlərdə qovulmuş insanların qayıdış hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. O, belə tədbirlərin Türkiyənin başqa şəhərlərində də keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Bununla yanaşı, xarici ölkələrdə Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin açılması məsələsi də gündəmdədir. Artıq Avropanın müəyyən ölkələrində nümayəndəlikləri açılıb və fəaliyyət göstərir. Buna misal kimi Fransa və Niderlandı göstərmək olar.

Növbəti beynəlxalq konfrans Belçikada keçiriləcək

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, millət vəkili Ramil Həsən isə mediaya açıqlamasında Qərbi Azərbaycana qayıdış mövzusunda  növbəti konfransın oktyabrda Belçikada keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir. Ankaradakı konfrans çox böyük əks-səda doğurdu”, - deyə vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı qardaş ölkənin parlamentariləri və elm dünyasının Qərbi Azərbaycana qayıdış məsələsinə verdiyi dəstək bir daha onu göstərdi ki, Türkiyə bir çox sahədə olduğu kimi Qərbi Azərbaycan məsələsində də ölkəmizin ədalət çağırışlarına açıq dəstək verir.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyasının  sədr müavini Zafer Sırakayanın “Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür” fikri isə qardaş ölkənin mövqeyi ilə yanaşı, həm də beynəlxalq dəstəyin ifadəsidir. Bütövlükdə, Ankarada keçirilmiş tədbir də göstərir ki, Qərbi azərbaycanlıların qayıdış hüququ təmin edilənə qədər bu istiqamətdə beynəlxalq fəaliyyət sistemli şəkildə davam etdiriləcək. 

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri