Icma.az
close
up
RU
Soydaşlarımızın qayıdış hüququ təmin edilməlidir!

Soydaşlarımızın qayıdış hüququ təmin edilməlidir!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İndiki mərhələdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan üçün əsas ümummilli ideyalardan biri soydaşlarımızın zamanında zorla çıxarıldıqları tarixi torpaqlarımıza - indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycana ləyaqətli şəkildə qayıdışına nail olmaqdır. Son illərdə bu istiqamətdə Qərbi Azərbaycan İcması (QAİ) ardıcıl iş aparır və artıq müəyyən mərhələ keçilib. Görülən işlərin davamı olaraq dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı müraciətində tarixi faktlara diqqət çəkərək ədalətin bərpasının zəruri olduğunu bildirib və bir sıra mühüm mesajlarını verib. Dövlətimizin başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Xalqımız dəfələrlə deportasiyalar və soyqırımları ilə üz-üzə qalıb

Tarixi torpaqlarımızda Ermənistan adlanan dövlətin qurulması güc mərkəzlərinin imperialist maraqlarına xidmət edib. Baş verənlər, aşkarlanan faktlar dəhşət saçır. Prezident İlham Əliyevin müraciətində bildirdiyi kimi, qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra - 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

Bu deportasiyalar və soyqırımları bizim tariximizin bir hissəsidir və gələcəkdə də belə faciələrlə üzləşməmək üçün tariximizi yaxşı öyrənməliyik. Beləliklə, bəzi ştrixlərə diqqət çəkmək yerinə düşər. Xatırlayaq: 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Bəziləri AXC-nin İrəvanın ermənilərə verilməsi ilə bağlı qərarının üstündən sükutla keçməyə çalışırlar. Ancaq yox! Bəli, AXC-nin yaradılması xalqımızın tarixi nailiyyətidir və dövlətçilik yolunda atılan çox mühüm bir addımdır. Biz bütövlükdə AXC-nin fəaliyyətini yüksək dəyərləndiririk. Bununla belə, gələcək naminə tariximizdəki qara səhifələri də unutmamalıyıq, səhvlərimizdən nəticə çıxartmalıyıq. Zamanında bir çoxları düşünürdülər ki, ermənilər İrəvana sahibləndikdən və tarixi Azərbaycan ərazisində öz dövlətlərini qurduqdan sonra daha dayanacaqlar, bir daha ərazi iddialarından çıxış etməyəcəklər. Lakin ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız  olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da səbəbləri və məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə yerləşmişdilər və siyasi qərarlar verilməsinə təsir göstərmək imkanlarına malik idilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Bu, keçmiş sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi.

Sonuncu deportasiyayadək indiki Ermənistan ərazisində 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə soydaşlarımız məskunlaşmışdılar . Onların hamısı cəmi 3 il ərzində yurd yerlərindən  zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Ən acınacaqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycanda dağlıq zonada yaşamağa öyrəşmiş soydaşlarımızın yeni yaşayış ünvanları kimi bir qayda olaraq isti aran bölgələri seçilib ki, bu da adaptasiyanın çox ağır keçməsi ilə nəticələnib. Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayətlər  törədilib.

 Zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin məhv edilməsi xalqımızın izini silmək məqsədi daşıyıb

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır. “Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Yuxarıda qeyd etdiyimiz deportasiyalardan əvvəlki mərhələlərdə indiki Ermənistan ərazisində də soydaşlarımız tərəfindən  müxtəlif ünvanlarda çoxlu sayda mədəni irs nümunələri, o cümlədən ibadət ocaqları, məscidlər yaradılıb. Arxiv sənədlərinə əsasən  1888-ci ildə İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid fəaliyyət göstərib.

Ermənistanda azərbaycanlılara məxsus tarixi izlərin məqsədli şəkildə yox edilməsi dövlət səviyyəsində sistemli şəkildə həyata keçirlən bir siyasətdir. “Deportasiya” sözü yalnız soydaşlarımızın qurub-yaratdıqları evlərdən çıxarılması və köçürülməsi anlamında qəbul edilməməlidir. Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə  digər mənşəli abidə kimi “yenidən təmir edilib”. Dağıdılmış abidələr arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi də var. Həmçinin  İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Siyahı kifayət qədər uzundur. Bütövlükdə 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Sülhə böyük töhfə olardı...

Qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Müraciətdə vurğulandığı kimi, bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Soydaşlarımızın qayıdış hüququ ilk növbədə tarixi ədalətə əsaslanır.  Eyni zamanda, insanların qayıdış hüququ beynəlxalq konvensiyalarda da təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır. Burada beynəlxalq birliyin məsuliyyəti məsələsi də gündəmə gəlir. Dövlətimizin başçısı bildirib ki, ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Cari il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Qalıcı sülhə nail olmaqdan ötrü bütün fürsətlərdən istifadə edilməlidir. Soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli qayıdışının təmin edilməsi belə fürsətlərdən biridir. “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri