Icma.az
close
up
RU
Qayıdış Konsepsiyasının reallaşmasında QHT lər kifayət qədər fəaldırlar Deputat

Qayıdış Konsepsiyasının reallaşmasında QHT lər kifayət qədər fəaldırlar Deputat

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təbii ki, olduqca vacibdir və milli prioritetlərimiz müstəvisində qərarlaşan önəmli fəaliyyət istiqamətlərindən biridir. Çünki Qərbi Azərbaycana qayıdış həm hüquq nöqteyi-nəzərindən, həm də tarixi ədalətin bərpa olunması baxımından çox mühüm vəzifədir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov QHT-lərin Qərbi Azərbaycana qayıdış istiqamətində rolu və görülən işləri şərh edərkən deyib.

Deputat söyləyib ki, bu vəzifənin icra olunması kifayət qədər çoxşaxəli və çoxsəviyyəli mürəkkəb yanaşmanı, bundan irəli gələn siyasəti özündə ehtiva edir:

“Buna görə də düşünürəm ki, ümummilli məsələ olduğu üçün cəmiyyətin bütün təbəqələri prosesdə bu və ya digər formada iştirak etməlidirlər. Eyni zamanda, bu, prosesdə QHT-lərin iştirakını da mütləq edir. QHT-lər bir neçə səviyyədə konsepsiyanın reallaşmasını təmin edə bilərlər ki, bu, ilk növbədə ölkənin hüdudları daxilində zəruri işlərin həyata keçirilməsini, ikincisi isə ölkə hüdudlarından kənarda fəaliyyəti ehtiva edir. Birinci halda Qayıdış Konsepsiyası var və onun reallaşması üçün strateji xətt mövcuddur. Həmin strateji xəttin əsasını zamanında orada yaşayan və o ərazilərin aborigen əhalisi olan bizim soydaşlarımızın mədəni-mənəvi irsi, orada tarixən mövcud olmuş bütün dəyərlərimiz, toponimlər, adət-ənənələr, tarixi şəxsiyyətlərimiz və digər məsələlər təşkil edir. Mədəniyyət, incəsənət və başqa sahələrdə soydaşlarımızın töhfələri barədə böyük bir bazanın yaradılması kontekstində QHT-lər çox yaxından iştirak edirlər. Sonrakı mərhələdə isə bütün bunların geniş şəkildə təşviq və təbliğ olunmasında mühüm rol oynaya bilərlər”.

A.Allahverənov söyləyib ki, bu resursların beynəlxalq aləmə çıxarılması, Qayıdış Konsepsiyasının tanıdılması sırf beynəlxalq hüququn və tarix ədalətin bərpa olunması baxımından olduqca vacibdir:

“Bilirəm ki, QHT-lər bu prosesdə kifayət qədər fəaldırlar, dövlətin bu sahədə mövcud olan strateji xəttinin aparılmasında həm də QHT-lər töhfə verirlər. Qeyri-Hökumət-Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış”la bağlı keçirdiyi qrant müsabiqələrində mövzunu xüsusilə diqqət mərkəzində saxlayır. Son illərin statistikasına nəzər saldıqda görə bilərik ki, bu sahədə kifayət qədər layihələr olub və onlar dediyim istiqamətləri əhatə edir. Bu işin daha sistemli şəkildə təşkil olunması həm də qurumlararası koordinasiyanın vacibliyini ehtiva edir. Əlaqələndirilmiş şəkildə iş aparmaqla, bu mövzunu xarici müstəvilərə çıxararaq, tədbirlər keçirməklə, beynəlxalq təşkilatların prosesdə yaxından iştirakına nail olmaqla faktiki Qərbi Azərbaycana qayıdış Konsepsiyasını beynəlxalq tərəfdaşların diqqətinə çatdıırlmasını təmin etmək olar. Bu istiqamətdə QHT-lər fəaliyyət göstərirlər. Amma bu işi daha da intensivləşdirməyə ciddi ehtiyac var, o baxımdan ki, olduqca vacibdir ki, tək Agentlik yox, digər donorlarımız da prosesdə fəal iştirak edib, öz töhfələrini versinlər. Çoxsayda dövlət qurumları var ki, onlar bu tipdə layihələri maliyyələşdirə bilərlər, eyni zamanda biznes sektoru da çox yaxından iştirak edə bilər. Bununla dövlət siyasətinin uğurlu şəkildə həyata keçirilməsinə bir növ töhfə vermiş olarlar. Düşünürəm ki, bütün tərəflərin iştirakının təmini, QHT-lərin də iştirakı ilə vahid bir platformadan çıxış etmək bütövlükdə uğurun əldə olunmasına xidmət edəcək. Burda mütəşşəkillik, sistemlilik, planlı şəkildə strateji konseptual əsaslara söykənən işin aparılması uğurun qazanılmasında əsas amilərdən biridir”.

Deputat vurğulayıb ki, bu səpkidə QHT-lər kifayət qədər fəaldırlar, potensial da çoxdur, onu maksimum reallaşdırmaq üçün imkanlar da var. Bu imkanları bir araya gətirməklə, bir mərkəzə akkumulyasiya etməklə daha böyük hədəflərə - ümummilli məsələ olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının uğurlu şəkildə reallaşmasına nail olmaq mümkündür. Buna xidmət edə biləcək siyasəti həyata keçirmək olduqca vacibdir ki, QHT-lər də bu prosesdə kifayət qədər fəaldırlar”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri