Icma.az
close
up
RU
QHT lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

QHT lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib. F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyənləşdirir. “Postmünaqişə dövründə də Ermənistandakı bəzi qüvvələrin, erməni diasporunun Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərini davam etdirməsi müşahidə olunur. Bu riyakarlıq bizdən daha ayıq-sayıq olmağı, arxayınlaşmamağı tələb edir. Azərbaycan QHT-ləri Qərbi Azərbaycan mövzusu istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Azərbaycanlıların indiki Ermənistana sülh şəraitində dinc yolla qayıdışı təməl insan hüquqları məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Sirr deyil ki, Azərbaycan mədəniyyətinin coğrafiyası xeyli genişdir, lakin heç zaman azərbaycanlılar separatçılıqla məşğul olmayıblar, əksinə, yaşadıqları ölkələrin tərəqqisinə böyük töhfələr veriblər”, - deyə o əlavə edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayaraq deyib: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıb. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir. Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayandığını vurğulayıb. O qeyd edib: “Bu yaxınlarda XVIII əsrdə yaşamış türkmanəsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir. Toponimlər sırf azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov son iki ildə Qərbi Azərbaycan istiqaməti üzrə 2 kartoqrafik əsər hazırladıqlarını vurğulayaraq bildirib: “Bu yaxınlarda Azərbaycan və ingilis dillərində buraxdığımız “Zəngəzur dəhlizi” xəritəsinə böyük tələbat hiss edirik. Bu xəritə Ermənistan mediasında da yayıldı. Milli toponimlərimiz bu əsərlərdə mütləq verilir, tarixi həqiqəti inkar etmək olmaz”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, milli kimliyimizin əsas göstəricilərindən biri Azərbaycan dilidir. “AMEA-dakı çıxışında Prezident İlham Əliyev ana dilimizin saflığının, təmizliyinin qorunması məsələsini bir daha qaldırdı. Azərbaycan dilində əzəli bir kəlmənin dəyişdirilməsini ya səhv, ya da təxribat kimi dəyərləndirdi, bu istiqamətdə bütün ictimai fəalları, ictimaiyyəti bir nöqtəyə vurmağa çağırdı. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də, ilk növbədə, dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu - dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir”, - dyeə o diqqətə çatdırıb.

Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi icra etdiklərini xatırladıb və Qərbi Azərbaycanla bağlı materialların da təhlil olunduğunu vurğulayıb. O, QHT-ləri Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağıraraq deyib: “Təəssüflər olsun ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova bu il xaricdə yaşayan azərbaycanlılar üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə böyük ehtiyac olduğunu bildirib.

"Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd Qərbi Azərbaycan mövzusunu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi ətraflı şərh edib.

Müzakirələrdə Prezident İlham Əliyevin AMEA-dakı çıxışından müvafiq çıxarışlar da səsləndirilib. Bundan irəli gələrək, "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin sədri Pənah Musayev kibertəhlükəsizlik, "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov süni intellekt, Davamlı İnkişaf və İnklüzivlik İctimai Birliyinin sədri Sabit Bağırov isə iqtisadi məsələlər barədə fikirlərini bölüşüblər.

İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barədə müzakirələr aparıblar. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see221

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see194

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see147

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see147

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see134

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see133

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see132

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see129

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see121

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri