Icma.az
close
up
RU
Qayıdışın bal dadı

Qayıdışın bal dadı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünənki köçkünlər yenidən doğma yurdlarının sahibləridir

Hər görüş bir xatirə olmaqla yanaşı, həm də ötüb-keçənlərə nəzər salmaq, tarixin getdikcə bizdən uzaqlaşan olaylarına, çevrilmiş səhifələrinə yeni gözlə baxmaq və qiymətləndirmək fürsətidir. Görüşə gələnin xalqın və dövlətin taleyində ən yeni tarixi mərhələnin müəllifi olması isə tədbiri daha önəmli edir, ona xüsusi rəng və çalar qatır. Yazımızın mövzusu Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndinə səfərində bir qrup yerli sakinlə görüşünün və onlarla səmimi söhbətinin yaratdığı assosiasiyadır.

Haradasa, bir qərinəlik müstəqillik tariximizə qiymət verərkən üç mühüm məsələ xüsusi qeyd olunmalıdır. Birinci məsələ ölkə daxilində ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsidir. İkincisi, məsələ sərhədlərimizdə təhlükəsizlik mühitini gücləndirməyimizdir. Üçüncü mühüm məqam Azərbaycanın davamlı inkişafını təmin etməyimizdir. Ən yaddaqalan hadisələrdən biri isə, heç şübhəsiz, doğma Qarabağa Böyük Qayıdışımızdır.

İndi Qarabağımız durmadan canlanır, onun yenidən bərpa edilən siması sakinlərdə fərəh və qürur hissi doğurur. Azərbaycan insanının ayaq səsləri işğaldan azad olunan bütün ərazilərdə ucadan eşidilməkdədir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa istiqamət götürən köç karvanlarının ardı-arası kəsilmir. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Ballıca kəndində də bərpa-quruculuq işləri davam etməkdədir.

* * *

“Vaxtilə işğal altında olmuş bütün şəhər və kəndlərimizi indi bərpa edirik. Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa etdik. Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq”. Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Ballıca kəndinin sakinləri ilə görüşündə dedi.

Cənab Prezident 1992-ci ildə Xocalıda, digər kəndlərimizdə erməni faşistlərin törətdiyi soyqırımlardan, Qarabağda separatizmin baş qaldırmasının səbəblərindən danışarkən bir məqamı xüsusi vurğuladı: “Heydər Əliyev o vaxt Azərbaycanda hakimiyyətdə olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bilirsiniz ki, o illərdə qanunsuz Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı və fəaliyyət göstərirdi. Ulu öndər çalışırdı ki, burada yaşayan azərbaycanlıların hüquqları təmin edilsin. Ancaq, o, 1980-ci illərin sonlarında siyasi səhnədən gedəndən sonra bizim başımıza bu bəla gəldi. Yəni, o, istefa verəndən iki həftə sonra erməni separatçıları baş qaldırıb bizə qarşı ərazi iddiası ilə çıxış etmişdilər. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar daha geniş imkanlara malik oldular”.

Prezident XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən bəlaların səbəblərinə təsadüfən toxunmadı. Dövlətimizin başçısının 33 il bundan əvvəl baş vermiş hadisələri xatırlamaqda məqsədi onu gənc nəslin heç vaxt unutmaması, evlərində qonaq olduğu və səmimi söhbətləşdiyi 10 yaşlı ballıcalının yaddaşında həmişəlik həkk olunması idi. Dövlətimizin başçısının Ballıca kənd sakini Əvəz Orucovun evinə baş çəkməsi, bu ailə üçün yaradılan şəraitlə tanış olması kimi tarixi anları azadlaşan Qarabağın abadlaşan şəhər kəndlərində məskunlaşan dünənki köçkünlər, onların övladları, nəticələri, eləcə də bu mənzərəni ölkənin dörd tərəfində ekran qarşısında seyr edənlər heç vaxt unutmayacaqlar.

Yaxın tariximizin işğalla qəddimizi əymiş səhifələrini yada salarkən İlham Əliyev Sovet İttifaqının rəhbərliyinin ermənilərin tərəfində olduğunu, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün çirkin əməllərindən əl çəkmədiyini deməyi də unutmadı: “Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan ayırmaq üçün bir vasitə idi. Mən sovet dövrünün tarixini qeyd edirəm. O ki qaldı müstəqillik dövrünə, müstəqillik elan olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi, bu da böyük vəhşilik, barbarlıq idi. Ondan sonra digər kəndlərimizin sakinləri soyqırımına məruz qaldılar, bütün azərbaycanlılar Xankəndidən və ətraf kəndlərdən didərgin salındılar. Sonra yeddi rayonumuz işğal edildi. Bütün bunlar ovaxtkı Azərbaycan rəhbərliyinin cinayətləri nəticəsində baş vermişdir. Əgər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə gəlməsəydi və o vaxt müharibə dayanmasaydı, bəlkə də daha böyük ərazilər işğal altına düşərdi”.

* * *

Azərbaycan xalqının bəxti onda gətirib ki, son beş ildə əldə etdiyi uğurlar etimad göstərib özünə rəhbər seçdiyi və indi onun güvənc yerinə çevrilmiş İlham Əliyevin adı ilə bağlıdır. Bunu İlahinin qismət payı, lütfü kimi qəbul edirik.

Mövzu ilə bağlı fikirlərini XQ-nin oxucuları ilə bölüşən siyasi icmalçı Tofiq Abbasov hesab edir ki, baş verən hadisələr dövrülük baxımından tarixdə daim təkrarlanır: “Atılan yanlış addımlar insanları daha çox ayıq-sayıq olmağa sövq edir. Həm keçmişdə, həm də müasir dövrdə xalqımızın yaşadıqlarından görürük ki, tarix həqiqətən də təkrarlanır. Ermənilərin bölgəmizə köçürüldüyü zaman, XX əsrin əvvəllərində baş verən hadisələr əsrin sonlarında bir daha yaşandı. Bunların təkrarlanmaması üçün insanlarımız, xüsusən gənclərimiz gərək tarixə yaxın olsunlar. Unutmamalıdırlar ki, əgər keçmişdə faciəvi hadisələr baş veribsə, onların yenidən təkrarlanma təhlükəsi var. Ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə ermənilərin xalqımıza qarşı törətdikləri qırğınları, soyqırımı aktlarını yada salaq. Bəs onlar nə vaxt təkrarlandı? 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Soydaşlarımızın Ermənistandan deportasiyası çox ağrılı bir proses idi. İnsanlar bu vandalizmdən hələ də özlərinə gələ bilmir, doğma yurdlarına qayıtmaq haqqını tələb edirlər. Məgər Xocalı soyqırımı təsadüfi hadisə idi? Xeyr! Bunların hamısı ondan xəbər verir ki, haylar çox təhlükəli, məkrli qonşulardır. Bu mənfur qövmə yenidən fürsət verməməkdən ötrü güclü olmalıyıq. Onu da yaxşı anlayırıq ki, bölgəni daim gərginlik içində saxlaması üçün Ermənistana rəvac verən xarici qüvvələr var. Yəni, Azərbaycanın, Türkiyənin başını lazımsız işlərlə qatmağa çalışırlar. Buna görə prioritetlərimizi, paradiqmalarımızı dəqiq müəyyənləşdirib, öz yolumuzla getməliyik”.

Prezident İlham Əliyevin xalqa ünvanladığı bütün çıxışlarında gənclərin maarifləndirilməsi, milli adət-ənənə ruhunda böyüdülməsi, mənəvi-əxlaqi dəyərlərə sadiq olmaları barədə dəyərli mesajlar veridiyini sözlərinə əlavə edən siyasi icmalçı bunların unudulmasının düşmən qüvvələrin xeyrinə işləməsi kimi xarakterizə etdi: “Bu mənada gənclər həm keçmiş, həm də müasir tariximizi yaxşı öyrənməli və xalqın keçmişdə hansı problemlərlə üz-üzə qaldığını, bəlalarımızın səbəblərini yadda saxlamalıdırlar. Bu məsələlər ailədə, məktəbdə, hər yerdə daim diqqət mərkəzində olmalıdır. Dostumuzu və düşmənimizi tanımalıyıq. Prezidentimizin dediyi kimi, müharibədə qələbə çalandan sonra kimlərin bizə dost, kimlərin isə bədxahlarımız olduqlarını aydın şəkildə gördük”.

* * *

Ballıca sakinləri ilə görüşündə kəndin bərpa edilməsi prosesindən danışan Prezident İlham Əliyev o vaxt bu bölgədə yaşayan vətəndaşlarla yanaşı, onların uşaqlarının, nəvələrinin, hətta nəticələrinin doğma yurdlarına qayıtdığını fəxrlə söylədi: “Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir”.

Artıq Dağlıq Qarabağ adlı problem yoxdur. Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddiasına birdəfəlik son qoyuldu. İki yüz illik ədalətsizlik “marafonunu” durduran, tarixi ədaləti bərpa edən İlham Əliyevdir. Məhz Prezident İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşısında duran taleyüklü vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi. Dövlət başçısı qibtəediləsi diplomatik ustalıqla addım-addım Ermənistanın ifşasına və sonda məğlubiyyətinə nail oldu.

İndi Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş şəhər və rayonlar, kəndlər yenidən qurulur, 30 ilə yaxın yurd həsrəti ilə yaşayan köçkünlər doğma ocağa dönürlər. Böyük Qayıdışı təmin edəcək layihələr sürətlə icra olunur. Söhbət işğaldan azad olunmuş ərazilərdə bütün istiqamətlər üzrə infrastrukturun yenidən qurulmasından gedir. Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə nail olub. Həllini gözləyən yeganə məsələ Ermənistanla sülh sazişinin bağlanmasıdır. Bu ləngimənin təqsirkarı İrəvan, onun yeritdiyi qeyri-konstruktiv siyasətdir. Onun da gələcəyi məqam uzaqda deyil...

Onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda işlər Böyük Qayıdış planına əsasən ardıcıl şəkildə aparılır. Burada bərpa-yenidənqurma işlərinə 10 milyard manatdan çox vəsait sərf olunacaq. Plana uyğun olaraq 2027-ci ilin sonuna kimi Qarabağa və ətraf rayonlara yüz min nəfərə yaxın əhali köçürülməlidir. Hazırda Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və digər ərazilərdə bu işlər sürətlə davam edir.

Yazımızı Azərbaycan Prezidentinin Qarabağa budəfəki səfərinin, fikrimizcə, ən yaddaqalan epizodu ilə tamamlamaq istərdik. Yerli sakinlərin qonaq etdiyi baldan dadan İlham Əliyev “Mən 2020-ci ildən sonra – Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balını da yedim”, –deyə vurğuladı. Bu zaman balın kəndin adı kimi dadlı olduğuna əminliyini xalqın rəhbərinin üzünün ifadəsindən oxumaq çətin deyildi.

Biz isə ayağımızı möhkəm basdığımız doğma Qarabağımızın əvvəlkindən daha barlı-bərəkətli, süfrələrimizin isə ballı-qaymaqlı olacağına qəti əminik.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see547

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see453

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see310

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see292

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see247

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see232

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see223

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see211

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see198

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see195

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see179

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see178

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see177

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see175

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see172

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see172

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see171

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see164

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see158

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri