Qayınana oğlundan şikayət edən gəlinini məhkəmənin qarşısında döydü
Pravd.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Qayınana oğlundan şikayət edən gəlinini məhkəmənin qarşısında döydü.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Məleykə Səfərovanın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Məhkəməsinin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, sözügedən məhkəmənin inzibati binasının dəhlizində Məleykə Səfərovanın oğlu ilə gəlini, zərərçəkmiş Maya Səfərova (şərti) arasında mübahisə yaranıb. Bu zaman Məleykə Səfərova əli ilə bir neçə dəfə gəlininin sifətindən və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib.
Zərərçəkmiş Maya Səfərova ifadəsində deyib ki, əri onu döydüyü üçün şikayət edib. Hadisə günü də Suraxanı Rayon Məhkəməsində onun şikayətinə baxılırmış. Əri ilə mübahisə zamanı qayınanası onu əli ilə vuraraq xəsarət yetirib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)