Icma.az
close
up
RU
Qayınata kürəkənini döydü Arvadım başıma stol vurdu

Qayınata kürəkənini döydü Arvadım başıma stol vurdu

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sabirabad rayonunda 1962-ci il təvəllüdlü Əhliman kürəkəni Bəhruza (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il avqustun 13-də rayonun kəndlərindən birində baş verib.
Əhliman həmin gün saat 23 radələrində yaşadığı evinin həyətində kürəkəni Bəhruz ilə ailə-məişət münaqişəsi zəminində etdiyi mübahisə zamanı taxta parçası ilə onun sinə nahiyəsinə vurub. Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, kürəkəni Bəhruz ilə münasibəti əvvəllər yaxşı olub: “2011-ci ildə qızım Esmiranı Bəhruza ərə vermişəm. Həmin nikahdan onların 2 övladı dünyaya gəlib. Onlar ailə qurduqdan təxminən bir il sonra qızım Bəhruzun evdə narkotik vasitə qəbul etdiyini, tez-tez nalayiq ifadələr ilə təhqir etdiyini dedi. Mən də bununla bağlı hər dəfə Bəhruzun atası Şirzada  və anası Xatirəyə xəbər vermişəm. Onlar da düzələcəyini bildiriblər. Bu vəziyyətdə qızım təxminən 11 il Bəhruzun yanında yaşayıb. Təxminən məlum hadisədən bir il əvvəl Bəhruz Bakı şəhərində işlədiyi üçün ailəsini də özü ilə apardı. Qızım Bakı şəhərində yaşadığı müddətdə də dəfələrlə mənə Bəhruzun evdə narkotik vasitə qəbul etdiyini, evə narkotik vasitə qəbul edən şəxsləri gətirdiyini, çox borcu olduğunu, təhqir etdiyini, Bəhruzun bu hərəkətlərinə dözə bilmədiyimi dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin avqustun 9-da qızı nəvələri ilə onlara gəlib və geri qayıtmayacağını, Bəhruzdan boşanmaq istədiyini deyib: “Qızıma özünün ailə məsələsi ilə bağlı qərar verə biləcəyini bildirdim. Avqustun 13-də, gecə saat 23 radələrində pəncərənin döyüldüyünü eşitdim. Qızım Bəhruzun gəldiyini dedi. Həyətə düşəndə Bəhruzun həyətdəki divanda əyləşdiyini gördüm. Ona yaxınlaşdıqda spirtli içki qəbul etdiyini hiss etdim. Bəhruza “içkilisən get evinə, sonra gələrsən” dedim. Bu zaman Bəhruz məni və ailə üzvlərimi nalayiq ifadələr ilə təhqir edərək getməyəcəyimi, ya qızım Esmiranı özü ilə aparacağını, ya da bizi öldürəcəyini deyərək hədələməyə başladı. Bəhruzun səsinə qızım və yoldaşım Fidan da həyətə düşdü. Onlar da Bəhruza getməsini dedi. Bəhruz onları da təhqir edərək getməyəcəyini bildirdi. Mən də Bəhruza “dur rədd ol mənim həyətimdən” deyərək qolundan dartmağa başladı. Bəhruz bundan sonra həyətdə olan bir ədəd stulu və 3 ədəd şüşə bankanı yerə vuraraq sındırdı”. 
Əhlimanın ifadəsinə görə, daha sonra Bəhruzu itələyərək həyətdən çıxartmağa çalışıb: “Qızım da Bəhruzun qolundan dartaraq həyətdən çıxartmağa mənə köməklik etdi. Bəhruz müqavimət göstərdiyi üçün onun boğaz nahiyəsindən tutaraq geri itələdim. Bəhruzun həyətdən çıxmayacağını gördüm və onun valideynlərinə zəng etdim, gələrək Bəhruzu aparmalarını dedim. Bəhruzun valideynləri və Qasım adlı əmisi oğlu gəldilər. Onlar Bəhruzu sürüyərək həyətdən çıxartmağa çalışdılar. Bəhruz həyətdən çıxarılacağını gördükdə yumruqla onun sol göz nahiyəsinə vurdum. Bundan sonra Bəhruzun əmisi oğlu və bir nəfər tanımadığım şəxs onun ayaqlarından,  əllərindən tutaraq qucaqlarına götürərək apardılar. Yolda da Bəhruzun getmək istəmədiyi, onu aparan şəxslərə müqavimət göstərməsi ilə bağlı səsi gəlmiş polis əməkdaşları gəldi. Sonra Bəhruz sakitləşdi. Mən Bəhruzu vurmamışam, sadəcə onun boğaz nahiyəsindən tutaraq geri itələmişəm”. 
Zərərçəkmiş Bəhruzun sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, qəssablıqla məşğul olur: “Qayınatam Əhliman ilə əvvəllər münasibətlərim normal olub.  Arvadım Esmira ilə normal ailə münasibətlərim olsa da, lakin sonradan münasibətlərim pozuldu. Bundan sonra arvadım və iki övladımı götürərək Bakı şəhərinə köçdüm. Bir müddət Bakı şəhərində ailəm ilə birlikdə kirayədə yaşadım. Bir müddət sonra yaşadığım kəndə gəldik. Həmin vaxt arvadım evdə təxminən bir neçə dəqiqə oturandan sonra uşaqları götürərək xəbərsiz atasının evinə getdi. Mən isə evə qayıdan zaman Esmiranın evdə olmadığını gördüm. Səhəri gün Esmira evə gəldi. Ona atası evinə getməsi barədə öz iradımı bildirsəm də, aqressiv olaraq “nə etmişəm, sənə yaxşı eləmişəm” deyərək mübahisə etdi. Lakin mən heç bir söz demədim və Bakı şəhərinə birlikdə getməyi söylədim. Lakin Esmira Bakı şəhərinə getməyəcəyini dedi, atasının evinə geri qayıtdı”. 
Zərərçəkmiş qeyd edib ki, Esmira növbəti gün atası Əhliman və əmisi oğlu Elmanla birlikdə Bakı şəhərinə gedərək, orda qaldığı evdən məişət əşyalarını gətiriblər: “Səhəri günü Bakı şəhərinə kirayədə yaşadığım evə gedən zaman evdə olan məişət əşyalarının yerində olmadığını gördüm. Bu barədə Esmiraya telefonla zəng edərək əşyaları hansı səbəbə aparmasını soruşdum. O, atasının aparmasını bildirdi. Mən də saat təxminən 23 radələrində Bakı şəhərindən qayınatam Əhlimanın evinə gəldim. Həmin vaxt qayınatama “gəl oturub söhbət edək” dedim. O, söhbət etməkdən imtina edərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə Əhlimana öz iradımı bildirən zaman aramızda mübahisə oldu. Mübahisə zamanı arvadım, qayınatam və qayınanam üstümə hücum etdilər. Əhliman məni əlləri ilə boğmağa başladı. Qayınanam üzümə və boğaz nahiyyəmə cırmaq atdı. Həmçinin arvadım başıma stol vurdu. Sonra Əhliman məni sinə nahiyəmdən taxta qırıntısı ilə vurdu. Həmin vaxt üstünə hücum etdikləri üçün, həmçinin Əhliman mənə söyüş söydüyünü görə əsəbləşdim. Onun sol gözünün üstünə bir dəfə yumruqla vurdum. Daha sonra səs-küyə valideyinlərim gəldilər. Bundan sonra oradan uzaqlaşaraq öz yaşadığım evə getdim. Səhəri günü bu barədə polisə şikayət etdim”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınmasını deyib. 
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. Onlar arasında barışıq olduğundan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət işi üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see475

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see279

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see275

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see264

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see249

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see244

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see243

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see242

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see224

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see224

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see223

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see217

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see215

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see211

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see207

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see205

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see204

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see204

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see188

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri