Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qayıqla İrandan 11 kq narkotik gətirdi: 4 butulka arağa dəyişib qaçdı Cinayət işi

Qayıqla İrandan 11 kq narkotik gətirdi: 4 butulka arağa dəyişib qaçdı Cinayət işi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran rayonu Nərmanabad qəsəbəsində külli miqdarda narkotik vasitə ələ keçirilib.

Narkotik vasitə ölkə ərazisinə İrandan Xəzər dənizi vasitəsi ilə gətirilib. Narkotiki 4 butulka araqla dəyişiblər. 

"Cebheinfo.az" xəbər verir ki, narkotiki gətirən iranlı qayıqla qaça bilib. Amma narkotiki götürməyə getdiyi deyilən 3 azərbaycanlı saxlanılıb. Onlardan ikisi bəraət alaraq azadlığa çıxıb. 

İş üzrə təqsirləndirilən əsas şəxs Eduard Əliyev olub. Onunla birlikdə qeyd edilən əraziyə gedənlər Nurəddin və Murad adlı tanışları olub.

İstintaq belə qənaətə gəlib ki, Eduard Əliyev tanışları ilə əvvəlcədən razılığa gələrək Lənkəran rayonu Nərimanabad qəsəbəsinə gediblər. Eduard əvvəlcədən razılaşdığı İran vətəndaşından həmin əraziyə gətiriləcək narkotiki götürməli imiş. Eduard aldığı narkotikin qarşılığında pulla yanaşı, iranlıya 4 butulka araq da verib. 

Dostlar hadisə günü Xəzər dənizi sahilində istirahət də ediblər. Yeyiblər, içiblər, çimiblər...

Rəsmi məlumata görə, Edurad Əliyev yoldaşlarına demədən 22:40 radələrində DSX-nın “Balıqçılar” sahil nəzarəti bölməsində 7 kq marixuana, 1,7 kq heroin, 400 ədəd metadon və 660 qram metamfetamini İran vətəndaşından alıb.

Həmin zaman Dövlət Sərhəd Xidməti əməkdaşları ərazidə əməliyyat keçirib. Eduard narkotiki ataraq ərazidən uzaqlaşıb. Gecəni ərazidə gizlənib. Hava işıqlananda isə saxlanılıb.

Eduard Əliyev bildirib ki, narkotiki iranlı Vəhdət adlı şəxsdən alıb. Onlar 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olublar. 

“Hadisədən bir neçə gün əvvəl Vəhdətlə telefonla danışdıq. Qayıqla yarım kiloqram qurudulmuş marixuana göndərməsi barədə razılaşdıq. Mənim bu danışığımdan Nurəddin və Mərdanın xəbəri olmayıb. Onları Lənkərana dincəlmək, istirahət etmək adı ilə aparmışam. Narkotiki götürəndə də bilməyiblər. Vəhdətə 1300 manat pul göndərəcəkdim”- deyə Eduard əlavə edib.

Onun ifadəsində maraqlı bir məqam da diqqət çəkib. Eduard iranlı Vəhdətə 1300 manatla yanaşı 4 ədəd araq da alıb. Hadisə vaxtı araqları Vəhdətə verməyə imkan tapıb. Sərhəd Xidmətinin əməkdaşları gələnə qədər Vəhdət araqları da götürərək aradan çıxa bilib.

Onun sözlərinə görə Vəhdətin 11 kiloqram narkotik gətirdiyini bilməyib: “Biz 500 qrama razılaşmışdıq. O, sahilə çatanda araqları verdim, narkotiki atıb qaçdı. Sonra da Sərhəd Xidmətinin əməkdaşları gəldi. Mən də narkotiki atıb qaçdım. Gizləndim, amma hava işıqlananada məni tutdular”.

İş üzrə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşları da ifadə veriblər.

Eduard Əliyevlə birlikdə saxlanılan şəxslər Murad İbrahimli və Əlazadə Nurəddin olub. Onlar ifadə verən zaman deyiblər ki, Eduardın narkotik gətirməyə getdiyini bilməyiblər. Onlar sadəcə Bakıdan Lənkərana istirahətə gəliblər.

Məhkəmə araşdırması zamanı bu işdə yalnız Eduard Əliyevin günahkar olduğu qənaətinə gəlinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eduard Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki şəxsin əməli sübuta yetirilmədiyi üçün onlar barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıblar.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri