Icma.az
close
up
RU
Qaz ixrac edən Azərbaycan niyə İrandan qaz alır?

Qaz ixrac edən Azərbaycan niyə İrandan qaz alır?

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Azərbaycan son iki ildə təbii qaz idxalını ardıcıl şəkildə azaldır.

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-may aylarında ölkəyə 185,38 milyon kubmetr təbii qaz idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz, 2024-cü illə müqayisədə isə 37 faizdən çox azalma deməkdir.

Statistikaya əsasən, 2024-cü ilin ilk beş ayında Azərbaycana 294,8 milyon kubmetr, 2025-ci ilin eyni dövründə isə 195,6 milyon kubmetr qaz idxal edilmişdi. Beləliklə, son üç ildə qaz idxalında davamlı azalma müşahidə olunur.

Bu il diqqət çəkən əsas məqamlardan biri də idxalın mənbəyidir. 2026-cı ilin yanvar-may aylarında Azərbaycan bütün qaz idxalını yalnız İran İslam Respublikasından həyata keçirib. İdxal olunan 185,38 milyon kubmetr qazın ümumi gömrük dəyəri 12,476 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə vəziyyət fərqli idi. 2025-ci ilin ilk beş ayında Azərbaycan 195,6 milyon kubmetr qazı Rusiya və Türkmənistandan almış, bunun üçün 30,1 milyon ABŞ dolları vəsait ödəmişdi.

Beləliklə, bu il qaz idxalının həcmi ilə yanaşı, onun dəyəri də kəskin azalıb. Hesablamalara görə, idxala çəkilən xərc ötən illə müqayisədə təxminən 2,4 dəfə aşağı düşüb.

Azərbaycan qaz ixracatçısı olduğu halda niyə qaz idxal edir?

Azərbaycan Avropaya və region ölkələrinə təbii qaz ixrac edən əsas dövlətlərdən biri olsa da, müəyyən texniki və logistika səbəblərinə görə bəzi dövrlərdə məhdud həcmdə qaz idxalı da həyata keçirir. Bu, əsasən yataqlara təzyiqin saxlanılması, svop (mübadilə) əməliyyatları və Naxçıvanın qaz təchizatı kimi texniki ehtiyaclarla bağlıdır.

Neft üzrə ekspert İlham Şaban bildirir ki, son iki ildə qaz idxalının azalması davam edir və 2026-cı ilin statistikasında daha bir mühüm dəyişiklik var. “Bu il maraqlı məqam ondan ibarətdir ki, nə Türkmənistandan, nə də Rusiyadan qaz idxalı qeydə alınmayıb. 2025-ci ildə Rusiya yalnız fevral-mart aylarında Azərbaycana qaz satmışdı. Bu il isə bütün idxal yalnız İrandan həyata keçirilib.”

Ekspert qeyd edir ki, rəsmi statistikada diqqət çəkən digər məsələ İranla aparılan svop əməliyyatlarının uçot metodologiyasının dəyişdirilməsidir. Onun sözlərinə görə, 2005-ci ilin noyabrından tətbiq olunan mexanizmə əsasən svop əməliyyatları artıq idxal və ixrac kimi ayrıca statistikada əks etdirilir.

Belə ki, 2026-cı ilin yanvar-may aylarında Xoy-Culfa qaz kəməri vasitəsilə Naxçıvan Muxtar Respublikasının ehtiyacları üçün İrandan 185 milyon kubmetr qaz alınıb. Eyni dövrdə isə Astara-Binənd qaz kəməri ilə İrana 45 milyon kubmetr qaz ixrac edilib.

Ekspertlərin fikrincə, bu rəqəmlər Azərbaycanın qaz balansında texniki əməliyyatların rolunu göstərməklə yanaşı, ölkənin idxaldan asılılığının azaldığını və qaz təchizatının daha səmərəli idarə olunduğunu nümayiş etdirir.

Qeyd edək ki, 2026-cı ilin yalnız ilk 6 ayında (yanvar-iyun aylarında) Azərbaycanda 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Cari ilin ilk yarısında hasil olunan qazın yarısı — 12,7 milyard kubmetri birbaşa xarici ölkələrə ixrac olunub. Yalnız ilk 5 ayın nəticələrinə görə, Avropa və digər regionlar daxil olmaqla ümumilikdə 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində mavi yanacaq satılıb.

Samir Abdulla

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 İyul 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri