Icma.az
close
up
RU
Qaz limiti ləğv olunur? Parlamentdən TƏKLİF

Qaz limiti ləğv olunur? Parlamentdən TƏKLİF

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaz limiti məsələsi Milli Məclisdə müzakirə olunub. Deputat Əli Məsimli qaz limitinin ləğvi təklifi ilə çıxış edib. O qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələdir, havalar tez soyuduğu üçün bəzi yerlərdə əhali qaz təchizatı problemi ilə üzləşir: 
“Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”, - deputat bildirib.
Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır:
“Bu əsasda qaz limiti məsələsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Birinci mərhələdə dağ kəndlərinə münasibətdə qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”, deyə millət vəkili əlavə edib. 
Deputatın təklifini Demokrat.az-a dəyərləndirən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycan vətəndaşı qazı maya dəyərinə almalıdır: 

“Çünki qaz Azərbaycanın sərvətidir, biz onu xaricdən almırıq. Bir kubmetr qazın hasilatı, daşınması hansı qiymətə başa gəlirsə, o qiymətə də almalıdır əhali onu. Bu, Allahın verdiyi sərvətdir, hökumətin sərvəti deyil. 1000 kubmetr qaz bütün xərcləri ilə bir yerdə uzağı 50-60 manat edir. Kubu düşür 6 qəpiyə, amma ikiqat bahasına verilir əhaliyə, o da limitlə. Limit bitəndən sonra qaz olur 20 qəpik. Dünya bazarında bu gün qazın qiyməti baha ola bilər, amma bunun bizə aidiyyəti olmamalıdır, çünki özümüzün qazı var. 
Bütün vətəndaşlar üçün qazın limiti aradan qaldırılmalıdır. Dağ kəndlərinə ümumiyyətlə pulsuz verilməlidir, çünki çox soyuq keçir havalar. Laçın, Kəlbəcər, şimal, qərb rayonlarında. Qazın bölüşdürülməsi üçün qiymət qoyulmalıdır, qəsb etmək üçün yox”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see284

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see239

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see221

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see218

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see215

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see214

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see212

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see210

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see209

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see207

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see206

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see206

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see203

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see202

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see198

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see198

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see193

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see182

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri