Qaz limiti nə vaxt SIFIRLANACAQ? Rəsmi açıqlama
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 1-dən etibarən smartkart tipli sayğaclarda qaz limiti avtomatik olaraq yenilənəcək. Vətəndaşlar alacaqları qazı 1200 kubmetrlik limitlə əldə edəcəklər. Mexaniki sayğaclarda isə bu proses bir neçə gün sonraya qədər davam edə bilər.
Avtosfer.az xəbər verir ki, "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev İTV-yə danışıb.
Onun sözlərinə görə, mexaniki sayğaclardan istifadə edən abonentlərin qaz limitinin sıfırlanması yanvarın 5-6-a qədər çəkə bilər:
"Mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-ə təsadüf edirsə, növbəti 365 gün ərzində limitlə mavi yanacağı istifadə etmək mümkün olacaq”.
Smart tipli sayğaclarda limit sıfırlanan zaman balansda məbləğ qalarsa bu necə tənzimlənir?
"Abonentlər sıfırlanmaya qədər aldıqları, balanslarında olan yanacağı aldıqları qiymətlə istifadə edəcək. Aldığı yanacaq bitdikdən sonra isə sıfırlanmış tariflə öz yanacağını ala biləcək”- E.Vəliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Dekabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















