Qaz təchizatında fasilə olacaq
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Babək rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.
159 mm boruya keçid verilməsi ilə əlaqədar qaz təchizatının Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində aprelin 18-də saat 09:00-dan müvəqqəti dayandırılması planlaşdırılır.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

