Qazan xanlığı yüksəliși və süqutu
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Qazan xanlığı fəaliyyət göstərdiyi müddətdə burada bütün sahələr, o cümlədən memarlıq və monumental memarlıq geniş inkişaf etmişdi. Ağ daşdan gözəl məbədlər, mədrəsələr və məscidlər inşa olunmuşdu, oyma sənəti də geniş yayılmışdı. Məscid və mədrəsələrdə böyük kitabxanalar var idi. Qazan güclü elm və ilahiyyat mərkəzinə çevrilmişdi. Xanlığın paytaxtı Qazan şəhərində memarlıq abidələrinin və məscidlərin tikintisi üçün böyük vəsait ayrılırdı. Şəhərdə iri karvansaralar, qonaq evləri, məscidlər, şərq üslubunda hamamlar tikilir, planlı küçələr salınırdı. Ümumilikdə, Qazan xanlığının mədəniyyəti Volqa bulqarlarının və Qızıl Orda mədəniyyətinin elementlərini özündə əks etdirmişdi, şəhər əhalisinin çoxu savadlı idi.
Bunu Qazan Kremlində qorunub saxlanılan əlyazmalar, memarlıq abidələri, xüsusən də keçmiş Nurəli məscidi və arxeoloji qazıntılar zamanı o dövrə aid aşkar edilən maddi mədəniyyət nümunələri təsdiq edir. Xanlığın ərazisində çoxlu şəhər olub: Ələt, Tətəş, Qullar, Şəki, Alabuqu, Arça, Kaşan, Çallı, Çori, Suketay və s. xanlıqda daşoyma sənəti, zərgərlik, qiymətli metallarla və qiymətli daşlarla birləşdirilmiş müxtəlif bəzək əşyalarının yaradılması ən yüksək inkişaf səviyyəsinə çatmışdı. 1552-ci ildə Qazanda İran, Həştərxan, Krım, Türküstan, Qafqaz və digər ölkələrdən gələn 5 min əcnəbi tacir yaşayıb. Volqa bulqarlarının erkən dövründə bölgədə meydana çıxan və Qızıl Orda dövlətində də istifadə olunan, ərəb əlifbasına əsaslanan yazı Qazan xanlığında da geniş yayılmışdı. Dini təhsil mədrəsələrdə öyrədilirdi, məşhur Kul Şərif mədrəsəsində yüksəksəviyyəli təhsil verilirdi.
Qazan xanlığında Şərq poeziyası geniş yayılmışdı. Xanlıq öz şairləri ilə məşhur idi. XV əsrin sonu - XVI əsrin əvvəllərində Məhəmməd Əmin, Məhəmmədyar, Ümmi Kamal, Qarif bəy, Maksudi və XVI əsrin birinci yarısında məşhur Qazan seyidi kimi tanınan Kul Şərif və bir çox başqa saray və xalq şairi var idi. O dövrdə Qazan xanlığının poetik irsinin zirvəsi Məhəmmədyarın 1539-cu ildə yazılan Tuxvai-mərdan ( İnsanların hədiyyəsi ) və 1542-ci ildə Nury-sodur (Qəlblərin nuru ) əsərləri sayılır və şair şeirlərində xeyirxahlığı, ədaləti, həmçinin xalqa sədaqətlə xidmət dəyərlərini önə çəkir.
Tarixdən məlum olduğu kimi, XVI yüzilliyin 60-cı illərində Sibir və Türküstanda Çingiz xanın nəslindən olan Şeybanilər sülaləsi hakimiyyətə gəlmişdi. Elə o dövrdən başlayaraq çar Rusiyası Sibirdə öz ata-babalarının ərazilərində yaşayan türk xalqlarının bu torpaqlardan Rusiyanın içərilərinə köçürülməsi siyasəti həyata keçirirdi. Bir tərəfdən, Volqaboyuna və rala gətirilən rusların yerləşdirilməsi, digər tərəfdən, zorla xristianlaşdırma siyasəti, yerli türk əhalisinin öz doğma yurdlarından sənayenin inkişaf etdirilməsi adı ilə Rusiyanın Avropa hissəsindəki ərazilərə köçürülmələri ciddi narazılıqlara səbəb olur, çar hökumətinə qarşı mübarizə daha da genişlənirdi.
Çar Rusiyası hökuməti XVIII yüzilliyin ortalarına qədər təkcə Qazan və ətraf ərazilərdə 500-dən çox məsciddən 400-nü tamamilə məhv etmişdi. XVIII yüzilliyin 70-ci illərinin əvvəllərində Rusiya çarına qarşı baş vermiş üsyanlarda türklərlə yanaşı, digər Volqaboyu və ral xalqları yaxından iştirak ediblər.
Üsyanlar yatırılsa da, Rusiya hökumət orqanları XVIII yüzilliyin sonlarında müsəlman türklərə Qazanda mədrəsələr açmağa və daşdan məscid tikməyə icazə verməyə məcbur olur, qəribə olsa da, türk və rus zadəganlarının hüquqları eyniləşdirilir.
Qazan xanlığında əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Tatarlarda əsas qoşqu at sayıldığından onların böyük at ilxıları olub. Qədim bulqarların ənənəsini davam etdirən sənətkarlar dəri, gön və xəz məmulatı istehsal edib, müxtəlif metal növlərindən əşyalar hazırlayıblar və o məhsullar həm daxildə, həm də xaricdə satılıb. Qazan şəhərində XV əsrin sonlarından etibarən iki böyük daimi bazar fəaliyyət göstərib. Bu bazarlarda həm xanlığın kəndlərindən gələnlər, həm də Volqaboyundan, Sibirdən və Şərqi Avropadan, həmçinin Krımdan və rus dövlətindən gələn tacirlər alver ediblər.
Qazan xanlığı. Qızıl Orda dövləti dağıldıqdan sonra XIII əsrin ikinci yarısında onun yerində İsgi-Qazan knyazlığı yaranır. Çox da güclü olmayan Qazan knyazlığı 1399-cu ildə Yuri Dmitriyeviçin silahlı dəstələri tərəfindən dağıdılır və Qazan şəhəri təxminən 40 il dağılmış vəziyyətdə qalır. Qazan xanlığının yaranması ilə şəhərin bərpasına başlanılır.
Qazan xanlığı 1438-ci ildən 1552-ci ilədək fəaliyyət göstərib. Ərazisi 75.000 kvadratkilometr, paytaxtı Qazan şəhəri, dilləri qədim tatar, çuvaş dili, rəsmi dili qədim tatar dili, dini İslam, şamanizm olub.
Qazan xanlığı müasir Tatarıstan, Mari El, Çuvaşiya, Mordoviya ərazilərini, eləcə də dmurtiya və Başqırdıstanın bir hissəsini, Volqa çayının sağ sahillərindən Kama çayına qədər olan geniş torpaqları əhatə edib. Xanlığın qərb sərhədi Moskva knyazlığına qədər uzanıb. Qazan xanlığından Qafqaza, Xəzər dənizi sahilinə, Türküstana ticarət yolları gedib. Hələ qədim zamanlardan bu torpaqlarda Qazan tatarlarının, marilərin, mordvaların, udlaudların əcdadları yaşayıb. Vyatka çayı sahilində udmurtlar, geniş meşə ətəklərində çuvaşlar, mordvalar, marilər, başqırdlar yaşayıblar.
Qazan xanlığı Qızıl Orda dövləti dövründə Qazan ulusu adı ilə Qızıl Orda dövlətinə tabe idi. Qazan xanlığının yaradıcısı Toxtamışın nəvəsi, Qızıl Orda hökmdarlarından lu Məhəmməd xan olub. Ulu Məhəmməd xan Suzdal knyazlığını məğlub etdikdən sonra Moskva knyazlığını da özünə tabe edib. Ulu Məhəmməddən sonra oğlu Mahmud, ondan sonra Mahmudun oğlu Xəlil, Xəlildən sonra qardaşı İbrahim taxta çıxsa da, onlar uğursuz hökmdar kimi tarixə düşüblər.
Dövlətin başında xan dursa da, əslində qurumu iri feodallar şurası (divan) idarə edib. Xanlıq daruq (dairə) və uluslara (vilayət) bölünüb. Qazan xanlığının ictimai tərkibi 4 məşhur nəsildən – Şirin, Barqın, Arqın, Qıpçaq olan iri feodallar, sultan, əmir, mirzə, ulan, kazak, tacir və sənətkarlardan, azad kəndlilər, asılı kəndlilər, təhkimli hərbi əsirlər və kölələrdən ibarət idi. Xanlıqda feodal istehsal üsulu mövcud idi, torpaqlar tək-tək feodalların əlində cəmlənmişdi. Kəndlilər feodallara məxsus icmalarda yaşayır və icarəyə götürdükləri torpaq paylarının əvəzində illik yasaq (vergi) ödəyirdilər. Məsələn, Türküstanda bu, iqta adlanıb.
Ulu Məhəmmədin rus torpaqlarına yürüşləri
Ulu Məhəmməd xan və oğlu Mahmudun dövründə Qazan xanlığı Rusiya torpaqlarına yürüşlərə başlayır. 1439-cu ildə Ulu Məhəmməd üç minlik ordu ilə Moskvaya yürüş edərək rus ordusunu məğlub edir, 1444-cü ildə Nijni-Novqorod, Kolomna və bir neçə digər Rusiya şəhərini tutur, eyni ildə Nijni-Novqorod və Ryazan knyazlıqlarına hücum edir, 1445-ci ildə Suzdal yaxınlığında rus qoşunlarını məğlub edir və Böyük Hersoq II Vasilini əsir götürərək Moskva knyazlığına xərac qoyur, döyüşdən iki ay sonra xan böyük məbləğdə pul alıb II Vasilini azad edir. Ulu Məhəmməd ömrünün sonuna kimi rus knyazlıqları ilə müharibə aparıb. 1445-ci ildə Ulu Məhəmmədin ölümündən sonra oğlu Mahmud xan hakimiyyətə gəlir və 1466-cı ilədək xanlığı idarə edir. Rusiyanın Volqaboyunda işğalçılıq siyasətinə qarşı çıxan Mahmud xan 1446-1448-ci illərdə Murom, Vladimir, styuq və başqa əyalətlərə yürüşlər keçirib. 1439-cu ildə Ulu Məhəmməd xan Moskvaya yaxınlaşıb şəhəri mühasirəyə alsa da, on bir gündən sonra geri çəkilib.
1446 və 1448-ci illərdə Mahmud xan Moskva knyazlığına qarşı yeni yürüşlərə başlayır və xərac ödənilməsini tələb edir. Mahmud xan şərqə və şimal-şərqə yürüşləri zamanı Vyatka, dmurt və digər əraziləri tutur, bununla da Qazan xanlığının şərq sərhədləri rala çatır.
1467-1469-cu illər Rusiya-Qazan müharibəsi
1467-ci ildə Mahmudun ölümündən sonra böyük oğlu Xəlil xan taxta çıxır və Qazan xanlığını iki müharibə ilə qarşı-qarşıya qoyur. Xəlil xan kobudluğu ilə tarixə düşüb. Bir il sonra xan qəfildən ölür və qardaşı İbrahim taxta çıxır. Lakin zadəganlar ona qarşı suiqəsd hazırlayırlar.
1467-ci ildə Mahmud xanın ikinci oğlu İbrahim taxta çıxır, o, ruslar tərəfindən ələ alındığından Rusiyanın Qazan xanlığını işğal etməsinə əlverişli şərait yaradır. 1467-ci ildə Moskvanın Böyük Hersoqu III İvanın dəstəyi ilə Qazan xanlığına yürüş başlayır, lakin məğlubiyyətlə nəticələnir. Rus-Qazan müharibəsi 1469-cu ildə sülh müqaviləsi və əsirlərin mübadiləsi ilə başa çatır.
1478-ci il Rusiya-Qazan müharibəsi
1478-ci ildə III İvan Qazana yürüş edir, müharibə İbrahim xanla sülh müqaviləsi bağlamaqla yekunlaşır. 1479-cu ildə İbrahim xanın ölümündən sonra Qazan xanlığında daxili çəkişmələr başlayır və bu, İbrahim xanın oğlu İlhamın taxt-taca iddia edən qardaşı Məhəmməd Əminin sürgün olunması ilə nəticələnir və İlham xan taxta çıxır. İlham xan iki dəfə, 1479-1484-cü və 1485-1487-ci illərdə hakimiyyətdə olub.
1487-1497-ci il Rusiya-Qazan müharibələri
İbrahim xanın oğlu Məhəmməd Əmin Moskvanın dəstəyi ilə 1482-ci ildən İlham xana qarşı müharibəyə başlayır və 1484-cü ildə Məhəmməd Əmin Qazanı işğal edir, lakin 1485-ci ildə devrilir, qardaşı İlham xan yenidən taxta çıxır. 1487-ci ildə Qazana qarşı rusların yürüşü təşkil edilir və uzun mühasirədən sonra İlham xan devrilir. Məhəmməd Əminin hakimiyyəti dövründə Qazan xanlığı faktiki olaraq Moskvanın protektoratı altında idi və Moskva ilə vahid xarici siyasət yürüdürdü. 1493-cü ildə Böyük Ordaya qarşı birgə mübarizə apardılar. Bu arada Məhəmməd Əmin xan divanın səlahiyyətlərini məhdudlaşdırır ki, bu da 1495ci ildə zadəganlar arasında narazılığa səbəb olur və onlar Məhəmməd Əmin xanı taxtdan salır, Qaraçibəylər Qul Məhəmməd, Urak, Sadır və Agiş Şiban qəbiləsindən olan Sibir şahzadəsi Mamuku taxta çıxarırlar. O, 14961497-ci illərdə hakimiyyətdə olub. 1497-ci ildə Məhəmməd Əminin əvvəllər Rusiya dövlətində yaşamış kiçik qardaşı Əbdül Lətif xan taxta çıxır. 1502-ci ildə Qul Məhəmməd Əbdül Lətifi devirir və rus səfirlərinin köməyi ilə Məhəmməd Əmin xanın Qazana qayıtmasına nail olur.
1505-1518-ci illərdə fasilələrlə Rusiya-Qazan müharibələri
1505-1507-ci illərdə Məhəmməd Əmin Qazan yaxınlığında Moskva qoşunlarına iki dəfə ciddi məğlub olur, 1507, 1508, 1512, 1516-cı illərdə Moskva ilə dörd sülh müqaviləsi imzalanır və Qazan xanlığı ilə Rusiya dövləti arasında qonşuluq münasibətləri bərpa olunur. Məhəmməd Əminin 1518-ci ilin dekabrında ölümündən sonra 1519-cu ildə Moskva yaxınlığındakı Qasım xanlığının xanı Şeyx Əliyar sultanın oğlu Şah Əli Qazan taxtına çıxarılır, o isə burada zadəganların imtiyazlarının qorunub saxlanmasına söz verir. Lakin xanlıqda rus məsləhətçilərinin artan təsiri və bir sıra digər səbəblər zadəganların yeni sui-qəsdinə və xanın qovulmasına səbəb olur.
1521–1524-cü illər Rusiya-Qazan müharibəsi
1521-ci ildə Krım sultanı Sahib Gəray anası Nur Sultanın dəstəyi ilə Qazan taxtına çıxır. Həmin ilin avqustunda xanın qüvvələri Nijni-Novqorod, Murom, Klin, Meşçera və Vladimir torpaqlarına hərbi yürüşə başlayır və Kolomnada Krım xanı Məhəmməd Gəray ilə birləşir və Moskvanı mühasirəyə alır, Moskvanın Böyük Şahzadəsi III Vasili sülh müqaviləsi imzalamağa məcbur edilir. Nəticədə Rusiya dövləti Qazan xanlığına xərac ödəməyə məcbur olur. Qazan xanlığı isə 28 il Krım xanlığına tabe olur.
1523-cü ildə Sahib Gəray yenidən Moskva və Həştərxana qarşı uğursuz müharibəyə başlayır. Yeni bir hücumdan qorxan Sahib Gəray qardaşı, Krım xanı Səadət Gərayın yanına səfir göndərərək Qazana silah və sursat göndərilməsini istəsə də Səadət kiçik qardaşına kömək göstərməkdən imtina edir. Daha sonra, 1524-cü ilin yazında Sahib Gəray Osmanlı İmperiyasının vassalı olduğunu qəbul edərək Türkiyə Sultanı Süleymandan kömək istəyir, lakin o da kömək göndərməkdən imtina edir.
1524-cü ilin yazında III Şahzadə Vasili Qazan xanlığına qarşı yeni böyük bir yürüş təşkil edir. 150.000 nəfərlik rus ordusu Qazana yaxınlaşan zaman Sahib Gəray 13 yaşlı qardaşı oğlu Səfa Gərayı paytaxtda qoyub Qazandan Krıma qaçır. adəganlardan Bulat Şirin, Əmir Atuş (Otuç), Atalıq Talış və başqalarının dəstəyi ilə rus ordusuna müqavimət göstərirlər və 1526-1528-ci illərdə Moskva ilə sülh bağlanır.
1530-1531-ci illər Rusiya-Qazan müharibəsi
1530-cu ildə Rusiya hökuməti sülh müqaviləsini pozaraq Qazana qarşı yürüşə başlayır. Qazan xanlığı Noqay Ordası və Həştərxandan göndərilən qoşunlarının köməyi ilə rus alaylarını məğlub edir. Xanın hakimiyyətinin yenidən güclənməsi Moskvaya güvənən zadəganların üsyanına səbəb olur. 1531-ci ildə Səfa Gəray sürgün olunur, tərəfdarları isə edam edilir. 1531-ci ildə Moskvanın tərəfdarları olan divan üzvləri Xanbikə Gövhərşad, Bulat Şirin və Murzə Kiçi Əlinin rəhbərlik etdiyi qrup Qasım xanı Şeyx Əliyar sultanın 15 yaşlı oğlu Can Əlini Qazan taxtına dəvət edir. Can Əli yetkinlik yaşına çatmadığına görə onun anası Xanbikə Gövhərşad Can Əliyə lələ təyin olunur və bütün hakimiyyət Gövhərşadın əlində cəmləşir. Tezliklə Moskvanın razılığı ilə Can Əli Noqay Mirzə Yusifin qızı Syuyumbikə ilə evlənir və bu evlilik Gövhərşadın lələ statusuna son qoyur.
1535–1545-ci illər Rusiya-Qazan müharibəsi
1533-cü ildə Moskvanın Böyük Knyazı III Vasilinin ölümündən sonra Moskvanın Kazan xanlığındakı təsiri kəskin şəkildə zəifləyir və bu da zadəganlar arasında xanın və onun ətrafındakıların siyasətinə qarşı üsyana səbəb olur. 1535-ci ildə Bulat Şirin və Gövhərşad Şah Əli xanı devirirlər və Səfa Gəray taxta çıxır. Can Əlinin ölümündən sonra Səfa Gəray Syuyumbikə ilə evlənir.
Moskvadakı daxili çəkişmələrdən istifadə edən Səfa Gəray 1536-1537-ci illərdə Rusiya dövlətinə qarşı uğurlu yürüş keçirir. 1541 və 1545-ci illərdə xanın dəyişdirilməsi üçün Moskva ilə danışıqlar aparılır. Buna cavab olaraq Kazan zadəganlarının bir hissəsi edam edilir və bu da digər zadəganların etirazına səbəb olur. 1545-ci ildə Səfa Gəray qayınatası Noqay bəyi Yusifin yanına qaçır, Əli xan yenidən taxta çıxarılır. Səfa Gəray Yusif bəydən kömək aldıqdan sonra 1546-cı ildə ordu ilə Qazana qayıdır və Şah Əli xanı devirir, rəqiblərini edam etdirir.
1549-cu ilin mart ayında Səfa Gərayın ölümündən sonra hakimiyyət onun Syuyumbikədən olan kiçik oğlu tyamış Gərayın əlinə keçir. Salnamələrə görə, təkcə 1521-ci ildən 1545-ci ilə qədər olan dövrdə Qazan xanları əsasən Nijni-Novqorod, Vyatka, Vladimir, Kostroma, Qaliç və Murom yaxınlığındakı bölgələrdə Rusiya torpaqlarına təxminən qırx yürüş ediblər.
1545-1551-ci illər Rusiya-Qazan müharibəsi
Qazan zadəganları arasındakı fikir ayrılıqlarından və xanın hakimiyyətinin zəifləməsindən istifadə edən Moskva hökuməti 1545-1551-ci illərdə Qazan xanlığına yeni yürüşlərə başlayır.
1551-ci ildə çar IV İvan Qazana qarşı uğursuz birbaşa hərbi yürüşlərindən sonra şəhərin kənarında, Sviyaqa çayının mənsəbində Sviyajsk qalası tikdirir ki, bu da Krımın hökmranlığından narazı olan dağlıq bölgənin əhalisinin çar tərəfinə keçməsinə şərait yaradır. 1551-ci ildə Qazan zadəganlarının oğlanları Xuday Qul, qaraçıbəy Nur Əli, Qul Şərif, Əmir Bəybars və başqalarının dəstəyi ilə Əli Qazan xanlığını yenidən ələ keçirir.
Xanın Dağlıq bölgəni rus çarına vermək qərarı zadəganlar arasında narazılığa səbəb olur. 1551-ci il sentyabrın 14-də keçirilən Böyük Qurultay xandan dağlıq bölgəni geriqaytarmağı tələb etsə də Əli xan tabe olmaqdan imtina edir və Rusiya qarnizonunun dəstəyi ilə zadəganlara qarşı repressiyalara başlayır, 70-dən artıq zadəgan öldürülür.
1552-ci ildə Əli xan taxtdan endirildikdən sonra Qazan xalqı çar IV İvana sədaqət andı içmək qərarına gəlir. Bu, Qazan xanlığında zadəganlar və əhalinin bir hissəsi arasında kəskin narazılığa səbəb olur. Bundan sonra Qazan xalqı qarnizonu dağıdır və Həştərxan Sultanı Yadigar Məhəmmədi taxta dəvət edərək Rusiya çarlığı ilə müharibəyə başlayırlar.
1552-1556-cı illər – Qazan xanlığının süqutu 1552-ci ilin avqustunda rusların Qazana böyük yürüşü başlayır. 40 günlük mühasirədən sonra şəhər divarları dağıdılır və 1552-ci il oktyabrın 2-də Qazana amansız hücum olur, əhalinin böyük hissəsi öldürülür, şəhər yandırılır. Qazan xanı Yadigar xan güclü müqavimət göstərsə də, əsir düşür və Moskvaya aparılır. Bununla belə, rus qoşunlarına qarşı mübarizə uzun müddət davam edir. 1552-ci ilin dekabrında iri zadəganlardan olan Hüseyn Seyidin başçılığı ilə milli azadlıq hərəkatı baş qaldırır, güclü müqavimətə baxmayaraq, hərəkat amansızcasına yatırılır.
Qazanın tutulması və Qazan xanlığı üzərində qələbənin şərəfinə çar IV İvanın əmri ilə Moskvadakı Qırmızı Meydanda Vasili Blajennı məbədi tikilir.
Qazan xanlığının hökmdarları:
Uluq Məhəmməd xan (1438–1446) Mahmud xan (1446–1464) Xəlil xan, Mahmud xanın oğlu (1466–1467) İbrahim xan, Mahmud xanın oğlu (1467–1479) İlham xan (1479–1485) (1486–1487) Məhəmməd Əmin xan (1484–1485) (1487–1496) (1502–1518) Mamuk xan (Tümen xanı) (1496–1497) Əbdül Lətif xan, İbrahim xanın oğlu) (1497–1502) Şahəli xan (1518–1521) (1546) (1551–1552) Sahib Gəray xan (1521–1525) Səfa Gəray xan (1525–1532) (1535–1546) (1546–1549) Can Əli xan (1532–1535) Utyamış Gəray xan (1549–1551) Yadigar Məhəmməd xan (1552) Əli Əkrəm xan (Noqay sülaləsi) - (1553-1556)Qazan zadəganları xanlığın saxlanmasına uğursuz cəhd edir
Qazan xanlığının əhalisi dövlətçiliyin itirilməsini qəbul etməyib və 1552-ci ildən 1556-cı ilə qədər işğalçılara qarşı inadkar müqavimət göstərib. 1557-ci ilə qədər son müqavimət mərkəzləri yatırılır, Qazan xanlığının mövcudluğuna son qoyulur və bu ərazilər Rusiya dövlətinin bir hissəsinə çevrilir.
Noqay sülaləsindən olan Əli Əkrəm xan 1553-ci ildən Qazan xanlığının saxlanmasına cəhd etsə də, bu mümkün olmur.
Bununla belə, ruslar xanlıq əhalisinin azadlıq istəyini dərhal yatıra bilməyiblər və onlar bir neçə dəfə–1572-1573, 1581-1584-cü illərdə xanlığı bərpa etməyə uğursuz cəhdlər ediblər.
Ümumiyyətlə, 115 il yaşayan Qazan xanlığının tarixində on doqquz dəfə xan dəyişikliyi olub, bu illər ərzində 14 xan sui-qəsd nəticəsində devrilib, dövlət daxili münaqişələr üzündən zəifləməyə başlayıb, Moskva çarı IV İvan da məhz bundan istifadə edərək Qazan xanlığını tam olaraq işğal edib.
Beləliklə, Qazan xanlığı Rusiya çarlığının bir hissəsinə çevrilib, Orta Volqaboyunun əhəmiyyətli bir hissəsi Rusiya çarlığına birləşdirilib, rus çarı "Царь Казанский)–Qazan çarı titulunu alıb. Dərhal Rus Pravoslav Kilsəsinin üçüncü ən böyük Qazan Arxiyepiskopluğu yaradılıb və vaxt itirmədən arxiyepiskop təyin edilib.
Qazan Salnaməsində deyilir: “Çar IV İvan Qazan xanlığını məğlub etdikdən sonra xanın xəzinəsini, tacını, əsasını, Qazan xanlığının bayrağını və silahlarını öz “müqəddəs” torpağına aparmağı əmr etdi”.
Qulu KƏNGƏRLİ
XQ-nin Türküstan müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















