Icma.az
close
up
RU
“Qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub?”

“Qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub?”

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı prosesin bir qədər ertələnməsinə səbəb olub.

Tərkibə yeni hakim təyin edilib və məhkəmə istintaqı yenilənib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.

Cinayət işi üzrə əsas müttəhimlərdən biri, Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Əldə etdiyi pulları isə “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığı bildirilir.

Əvvəlki məhkəmə iclaslarında Nofəl Hacıyev Tahir Qədəşovla arasında şərik münasibətlərinin olması və pulların “Atlant”ın genişləndirilməsinə yönəldildiyini açıqlayıb:

““Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var.

Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları ortaya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib”.

Nofəl Hacıyev məhkəməyə verdiyi ifadəsində “Atlant”ın inkişafı və böyüdülməsi ilə bağlı işlərin daha çox qayınatası Tahir Qədəşovun təşəbbüsüylə aparıldığını bildirib:

“Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam”.

O, həmçinin “Təbriz” MTK-da vətəndaşlardan toplanan pulların böyük hissəsinin “Atlant” Ailəvi İstirahət Mərkəzinin inkişafı üçün istifadə edildiyini vurğulayıb.

Tahir Qədəşov isə çıxışlarında “Atlant”ın gəlir gətirmədiyini, əksinə, ziyanla işlədiyini bildirərək, bütün gəlirlərin kredit borclarına yönəldildiyini iddia edib. Lakin məhkəmə iclasında məlum olub ki, “Atlant” hər il təqribən 10 milyon manat gəlir əldə edir. Tahir Qədəşov məhkəmədə “Atlant”da illik gəlirin artırılmasına yönəlmiş bir sıra maliyyə əməliyyatları həyata keçirildiyini vurğulayıb.

Nofəl Hacıyevin vəkilinin sualına cavab verərkən Tahir Qədəşov “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Nofəl Hacıyev ildə yalnız iki dəfə “Atlant”a gəlib, əgər o, şərik olsaydı, müntəzəm olaraq bu istirahət mərkəzində daha çox vaxt keçirərdi. Bu vaxtdan sonra zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə, “Atlant”ın təmiri və tikintisi ilə bağlı detala varıblar.

Zərərçəkənlərdən biri, Məmmədəli İsmayılov Tahir Qədəşova qarşı sərt ittihamlar irəli sürüb. Məmmədəli İsmayılov Tahir Qədəşovun pulları necə xərclədiyini, “Təbriz” MTK-nın necə idarə olunduğunu sual edib. Tahir Qədəşovun üzünə “Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm” deyə bildirib.

Məhkəmə iclaslarında bir neçə vacib məsələ də müzakirə edilib. Məsələn, Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təmiri və inkişafı ilə bağlı sərmayələrin qarşılığında heç bir ödəniş almayıb və yalnız şəxsi münasibətləri ilə işləri həyata keçirib. Məhkəmədə incələnən sənədlərdən bəlli olub ki, “Atlant”ın inkişafına yönəldilən vəsaitlərin böyük hissəsi qeyri-rəsmi şəkildə, yəni “qara mühasibatlıq” vasitəsilə həyata keçirilib. Tahir Qədəşov və Nofəl Hacıyevin hər ikisi, həmçinin bir sıra mübahisələrə səbəb olan “Təbriz” MTK-dan alınan pulları və həmin pulların yönəldildiyi sahələri müzakirə ediblər.

İttihama görə, iş üzrə 171 vətəndaşa ümumilikdə 14 milyon manatlıq ziyan vurulub.

Məhkəmə prosesində zərərçəkənlərin bir hissəsi “Atlant” Ailəvi İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin qayınatası ilə birgə bu pulları ələ keçirdiyini iddia edirlər. Onlar həmçinin Tahir Qədəşovun həbsini tələb edirlər.

Qeyd edək ki, “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildən fəaliyyət göstərir. Uzun illər ərzində bu istirahət mərkəzi fasiləsiz çalışıb, lakin son dövrlərdə genişlənərək böyük kompleksə çevrilib.

İş üzrə zərərçəkənlər Xəzər dənizinin sahilində yerləşən bu mərkəzin genişlənməsi, mərkəzin inkişafında hansı vəsaitlərin istifadə olunduğunu öyrənmək istəyirlər.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri