Icma.az
close
up
RU
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi iş adamları “Atlant”a mal material verdiklərini dedilər

Tahir Qədəşovun vəziyyəti qəlizləşdi iş adamları “Atlant”a mal material verdiklərini dedilər

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etidiləcək.

Hurriyyet.az xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub.

Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir.

Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.

Ötən prosesə qatılan Tahir Qədəşov “Atlant”a mal-material tədarük edən iş adamları ilə üzləşib. İş adamları bildiriblər ki, Nofəl Hacıyevin vasitəsi ilə “Atlant”da aparılan təmir-tikinti işlərinə mal-material tədarük ediblər.

Tahir Qədəşov məhkəmədə bir neçə dəfə vəsatət verməklə “Atlant” istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılmasını istəyib. Lakin məhkəmə Tahir Qədəşovun istəyinə “yox” deyib.

Zərərçəkmişlər isə məhkəmədə dəfələrlə “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb ediblər. Həmin vəsatət isə baxılmamış saxlanılıb.

Tahir Qədəşov ötən il keçirilən proseslərdə şahid qismində 2 dəfə dindirilib.

Prosesdə “Təbriz” MTK-dan mənzil almış vətəndaşlar şahid kimi dindirilib.

Şahidlər bildiriblər ki, bu iş üzrə cinayət işi başlanandan sonra onları da istintaqa dəvət ediblər. Müstəntiqlər onlara aldıqları mənzillərin digər vətəndaşlara da satıldığını deyiblər. Ancaq hazırda aldıqları mənzilləri təmir edib yaşamağa davam edirlər və heç bir problemlə qarşılaşmayıblar. Nofəl Hacıyev daha bir neçə əlavə şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Tahir Qədəşovun vəkilləri məhkəməyə bildiriblər ki, “Təbriz” MTK ilə bağlı istintaqın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur. Bu sözlərdən sonra vəkillərlə Nofəl Hacıyev arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib ki, məhkəməyə hörmətlə yanaşsınlar.

Tahir Qədəşov ötən məhkəmə iclaslarından birində ifadə verərək bildirib ki, “Atlant” ona bir sahibkar olaraq heç bir mənfəət gətirməyib. Ancaq çıxışının davamında məlum olub ki, “Atlant”ın illik gəliri 10 milyon manat civarındadır. Tahir Qədəşov deyib ki, həmin pullarla banklardan götürülmüş kreditlər ödənilir.

Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev “Atlant”ın şəriki olsaydı, ora ildə iki dəfə yox, tez-tez gəlib-gedərdi.

Nofəl Hacıyev isə deyib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:

“Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı?

Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”a o kotlovanları kim qazdırıb? Kvadratı 3 manata beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq”.

Nofəl Hacıyev onu da əlavə edib ki, vətəndaşların aldadılmasında Tahir Qədəşov da iştirak edib.

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.

Vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı “Atlant”ın üzərinə həbs qoyulub.

İttihamlar məhkəmə yoluyla sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.

Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər.

Hakim vəsatəti baxılmamış saxlayıb.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var.

“Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri