Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Qazancımızı düzgün necə idarə etməliyik AZƏRTAC

Qazancımızı düzgün necə idarə etməliyik AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 noyabr, AZƏRTAC

Gəliri düzgün idarə etmək pulu qazanmaqdan daha çətindir. Büdcənin ən böyük gəliri düzgün xərclərdən yaranır.

Qazancı düzgün idarə etmək, gəlirlərinizi (maaş, biznes gəliri və digər mənbələrdən gələn pul) və xərclərinizi mütəmadi olaraq izləmək, səmərəli şəkildə idarə etmək və maliyyə məqsədlərinizə çatmaq üçün düzgün qərarlar vermək deməkdir. Bu, yalnız pul qazanmaq deyil, həm də onu necə düzgün və savadlı istifadə etmək, qorumaq və artırmaqla əlaqəlidir. Qazancı düzgün idarə etmək maliyyə sabitliyi və rifah yaratmağa kömək olur, gələcəkdə qarşılaşacağınız maliyyə çətinliklərinə hazırlığı təmin edir.

AZƏRTAC xəbər verir ki, bu barədə şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil söyləyib.

İlahə Adil deyib ki, qazancınızı idarə etmək, maliyyə sağlamlığınızı qorumaq və gələcəyinizi təmin etmək üçün çox vacibdir.

Bunun üçün bəzi əsas addımlar var:

- Büdcə dəftəri yaratmaq: Əvvəlcə gəlirlərinizi və xərclərinizi aydın şəkildə yazacaq dəftəriniz olacaq. Hər ay nə qədər gəlir əldə edirsiniz və bu gəlirin hansı xərclərə sərf edirsinizsə, hamısı bu dəftərə yazılmalıdır. Bu, pulunuzu nəzarət altında saxlamağa və daha sonra lazım olmayan xərclərinizi müəyyənləşdirməyə kömək edəcək.

- Gəlirləri artırmaq: Qazancınızı artırmaq üçün işinizdə irəliləyiş etmək, əlavə iş imkanları tapmaq və ya yeni iş sahələrini araşdırmaq faydalı ola bilər. Eyni zamanda, tərəfdaşlıqlar və sərmayələr də qazancınızı artırmağa kömək edə bilər.

- Lazım olmayan xərcləri azaltmaq: Ehtiyac olmayan xərclərdən qaçın. Həddindən artıq impulsiv şəkildə alış-veriş etmək və ya lüks mallara pul xərcləmək yerinə, yalnız vacib və ehtiyac duyduğunuz şeylərə pul xərcləyin. Bu, daha çox qənaət etməyinizə kömək olacaq.

- Təhlükəsizlik yastığı qurmaq: Bəzilərimiz üçün bu, yeni termin olsa da, insanda güvən yaradacaq ən güclü alətlərdən biridir. Ən az 3-6 aylıq yaşam xərclərini əhatə edən bir qənaət fondu yaratmaq vacibdir. Bu, hər hansı bir təcili vəziyyətdə maliyyə çətinliklərindən qaçmağa kömək edəcək.

- Sərmayə qoymaq: Qazancınızı sərmayə qoyaraq artırmaq da yaxşı bir seçimdir. Sərmayə qoyma yolları arasında səhmlər, istiqrazlar, daşınmaz əmlak və digər investisiya vasitələri mövcuddur. Burada məqsədiniz gələcəkdəki qazancınızı artırmaqdır.

- Maliyyə məqsədləri təyin etmək: Qısa, orta və uzunmüddətli maliyyə məqsədləri təyin edin. Bu məqsədlər sizi daha disiplinli və fokuslanmış hala gətirəcək. Bu məqsədlərə çatmaq üçün konkret addımlar siyahısını tərtib edin.

Şəxsi inkişaf üzrə kouç vurğulayıb ki, eyni zamanda, qazancı düzgün idarə edə bilməməyin bir çox müxtəlif psixoloji səbəbləri də mövcuddur. Bu səbəblərə qıtlıq bilinci, puldan qorxu, "Pul heç vaxt kifayət etməyəcək" və ya "Pul tapmaq çox çətindir" kimi pul ilə bağlı mənfi düşüncə tərzi, təsadüfi alış-veriş və impulsiv xərcləmə və s. aid etmək olar.

Uşaqlıq dövründə pul mövzusunda mənfi təcrübələr (məsələn, ailədə pul çatışmazlığı, borc problemi və ya davamlı maliyyə gərginliyi) insanın gələcəkdə maliyyə idarəçiliyinə güclü təsir göstərir. Bu tip təcrübələrdən sonra şəxslər puldan qorxa və ya onu itirməkdən çəkinə bilərlər. Həmçinin pul idarəçiliyi ilə bağlı yanlış inanc və anlayışlar formalaşa bilər. Məsələn, "pul heç vaxt çatmır" kimi düşüncələr şəxsin lazımsız və impulsiv alış-veriş etməsinə səbəb ola bilər. Uşaqlar ailə üzvlərinin pulla bağlı necə davrandığını müşahidə edirlər. Əgər valideynlər pul idarəçiliyini düzgün etmirsə, bu, uşağın gələcəkdəki maliyyə idarəçiliyinə də mənfi təsir göstərə bilər.

İlahə Adil, həmçinin deyib ki, cəmiyyətin və sosial mühitin maddi uğuru və var-dövləti təbliğ etməsi, insanların öz maliyyə vəziyyətlərinə qarşı təzyiq hiss etmələrinə səbəb ola bilir. Sosial mediadan, reklamlardan və sosial normativlərdən təsirlənərək, insanlar çox vaxt heç ehtiyacı olmadığı halda pul xərcləyir və ya borca girirlər. Sosial təzyiqlərlə əlaqədar olaraq insanların var-dövlətlərini göstərmək istəyində olmaları onların maliyyə idarəçiliyi məsələlərində səhv etmələrinə yol açır.

Nəticə olaraq, qazancı düzgün idarə etmək gəlirlərinizə və xərclərinizə nəzarətdən, məqsədlərinizə doğru planlı şəkildə irəliləməkdən, öz davranışlarımızı və düşüncələrimizi dəyişdirməkdən, borcları minimuma endirməkdən, qənaət etməkdən və sərmayə qoymaqdan ibarətdir. Bu, yalnız maliyyə vəziyyətinizi yaxşılaşdırmağa deyil, həm də şəxsi və ailəvi maliyyə sabitliyinizi təmin etməyə kömək edir. Albert Enşteynin dediyi kimi: “Qazancınızın dəyəri yalnız nə qədər qazandığınızla deyil, necə idarə etdiyinizlə də ölçülür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri