Qazax iş adamı FIDE nin prezidenti seçildi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanlı iş adamı Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilən FIDE-nin Baş Assambleyası çərçivəsində baş tutub.
Turlovun rəqibləri Yan Henrik Büttner və Vadim Rozenşteyn olublar. Sonuncu isə həlledici tura vəsiqə qazanıb. Birinci turda Turlov səslərin 50%-ni toplasa da, qələbə üçün 50 + bir səs tələb olunurdu. Buna görə də ikinci tur keçirilib və o, 110 səs toplayaraq qalib gəlib. Ümumilikdə səsvermə prosesində 196 nümayəndə iştirak edib, həlledici mərhələdə isə cəmi bir nəfər bitərəf qalıb.
Qeyd edək ki, 38 yaşlı Timur Turlov 2022-ci ilə qədər Rusiya vətəndaşı olub. Daha sonra o, Rusiya pasportundan imtina edərək Qazaxıstan, həmçinin Sent-Kits və Nevis vətəndaşlığını qəbul edib. İş adamı 2023-cü ildə Qazaxıstan Şahmat Federasiyasına rəhbər təyin olunmuşdu.
Xatırladaq ki, bundan əvvəl FIDE prezidenti postunu rusiyalı Arkadi Dvorkoviç tuturdu. İyulun 23-də Avropa İttifaqı onu sanksiyalar siyahısına daxil etdiyini açıqladıqdan sonra o, öz istəyi ilə səlahiyyətlərinin icrasını dayandırmışdı.
Baxış sayı:110
Bu xəbər 26 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















