Icma.az
close
up
RU
Qazaxda ağacəkmə aksiyası keçirildi FOTOLAR

Qazaxda ağacəkmə aksiyası keçirildi FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

"Unikal" xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.

Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, digər əməkdaşlar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 50 ədəd eldar şamı, 400 ədəd tuya, 50 ədəd sərv ağacı olmaqla, ümumilikdə, 500 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:400
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri