Qazaxda arpa biçininə start verilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Tovuz, 18 iyun, AZƏRTAC
Bu ilin məhsulu üçün Qazax rayonunda payızlıq və yazlıq olmaqla, 11732,8 hektar sahədə taxıl əkilib ki, bunun da 6950 hektarı arpa, 4782,8 hektarı isə buğda sahəsidir.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax rayonunda artıq arpa biçininə start verilib. Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib. Biçinin mütəşəkkil təşkili və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.
Hazırda rayonun Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Daş Salahlı kəndlərində dəmyə sahəsində əkilmiş arpa biçininə başlanılıb.
Bu günə kimi 6950 hektar arpa sahəsinin 70 hektarında biçin aparılıb. Sahələrdən 223 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə 31,9 sentner təşkil edir. Biçinlə əlaqədar sahələrə 7 ədəd kombayn cəlb edilib.
Müxbir -Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















