Icma.az
close
up
RU
Qazaxda Aşıq Kərəm İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Qazaxda Aşıq Kərəm İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qazax, 5 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan doğma Qazax eli həm də tarixi şəxsiyyətləri, ziyalıları, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınır. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə aşıq, saz sənətini yaşatmış, el havalarının mahir ifaçısı ustad Aşıq Kərəm (Nəsibovun) İncəlinin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən yubiley tədbirində Aşıq Kərəm İncəlinin sözünə, saz havalarına, şəxsiyyətinə dəyər verənlər aşığın ünvanına ürək sözlərini səsləndiriblər.

Çıxış edənlər Qazaxda saz, söz adamlarına göstərilən diqqət və qayğıdan söz açaraq qeyd ediblər ki, bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli-mənəvi dəyərlərə böyük diqqət göstərilir.

Qeyd olunub ki, Ulu Öndərin aşıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi, Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da aşıq sənətinə yüksək dəyər verir. 50 yaşında ömrünü başa vursa da Aşıq Kərəm İncəli ziyalılar tərəfindən yüksək qiymət alıb. Ölümündən sonra 60, 75, 80 illik yubiley tədbirlərinin keçirilməsi onun sənətinə dövlət tərəfindən verilən yüksək qiymətdir.

Aşıq Kərəm İncəli haqqında xatirələrini bölüşən natiqlər onun ustad və peşəkar aşıq olduğunu vurğulayıblar. Aşıq Kamandarın tələbəsi olmuş Kərəm İncəlinin onun aşıq sənətini layiqincə təmsil etdiyini, qısa ömür yaşasa da bu işin öhdəsindən layqincə gəldiyini söyləyiblər.

Sonda Aşıq Kərəm İncəlinin oğlu Valeh Nəsibov çıxış edərək saz, söz sənətinə göstərilən diqqətə, qayğıya, atasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin təşkilinə görə minnətdarlığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri