Qazaxın 7 kəndi bu tarixdə Azərbaycana təhvil verilə bilər
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qazax rayonuna aid mübahisəli kəndlərin taleyi hazırda Azərbaycan hökumətinin danışıqlar gündəliyində siyasi qərarların icrasına keçid mərhələsi kimi xarakterizə olunur”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bu məsələ artıq prinsipial razılaşmalar və texniki müzakirələr fazasını keçərək delimitasiya və demarkasiya prosesinin konkret xəritələr üzərində işlənməsi səviyyəsinə çatıb. Azərbaycan hökuməti üçün əsas xətt sovet dövrünün rəsmi inzibati sərhədlərinə istinad etməklə hüquqi əsasların möhkəmləndirilməsidir. Danışıqlar masasında mövzu artıq “mübahisə” termini ilə deyil, hüquqi sənədləşmə və mərhələli icra kontekstində müzakirə olunur ki, bu da prosesin geri dönməz fazaya daxil olduğunu göstərir”.
Politoloq qeyd edir ki, eyni zamanda, rəsmi Bakı bu məsələyə təkcə sərhəd xətti problemi kimi deyil, daha geniş regional sabitlik paketinin tərkib hissəsi kimi yanaşır.
“Qazaxın kəndləri məsələsi kommunikasiya xətlərinin açılması, təhlükəsizlik zəmanətləri və gələcək sülh sazişinin dayanıqlılığı ilə birbaşa əlaqələndirilir. Bu səbəbdən Azərbaycan tərəfi prosesi süni şəkildə sürətləndirməkdən çox, nəticənin hüquqi və siyasi baxımdan möhkəm olmasına üstünlük verir. Mövcud mərhələdə əsas məqsəd texniki razılaşmaları siyasi manipulyasiyalardan kənarda saxlayaraq sahədə faktiki reallaşdırmaya hazırlıq görməkdir və bu da danışıqların ən həssas, lakin ən real nəticə vəd edən fazası sayılır”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Fevral 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















