Icma.az
close
up
RU
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar

Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir:

- Zəngəzur dəhlizi ətrafında son dövrlər aktiv müzakirələr davam edir. Prosesin irəliyə aparılmasında bu kimi dialoqların təsiri haqqında nə demək olar?

- Kommunikasiyaların açılması ilə bağlı təklif edilən müxtəlif variantlar var. Amma hansı variantın ortaya atılmasından asılı olmayaraq, 2025-ci ildə Zəngəzur dəhlizinin açılması ehtimalı böyükdür. Dəhlizin açılması sözsüz ki, Azərbaycanın strateji maraqlarına xidmət edir. Ona görə də Azərbaycan cəmiyyətində bu istiqamətdə aparılan müzakirələrlə bağlı hər hansı bir narahatlıq yoxdur. Prosesin həlledici qüvvəsi məhz Azərbaycandır. Bütün regional kommunikasiya xəttlərinin rəsmi Bakının şərtləri əsasında açılması mümkün olacaq.

- ABŞ-də artıq Donald Trampın ikinci prezidentlik dövrü başlayıb. Bu, hətta post-Bayden (Cozef Bayden) dövrü kimi də analiz edilir. Gözləntilər nədən ibarətdir?

- Artıq Amerika üçün də yeni dönəm başlayır. Yenidən prezident postuna qayıtmış Donald Trampın Cozef Baydenə patoloji nifrəti var. Özünün inauqurasiyasından dərhal sonra Tramp tərəfindən Bayden dövründə qəbul edilmiş sənədlərin çoxu ləğv edildi. Həmçinin yeni prezidentlə sabiq prezidentin proseslərə baxış bucağında da kəskin ziddiyyətlər mövcuddur. Bu mənada, Trampın vermiş olduğu bəyanatlar, səsləndirdiyi fikirlər Amerikanın maraqlarının təşviqinə xidmət edir. Həmçinin burada hansısa qruplaşmanın, lobbinin Tramp siyasətində yer alması da mümkün deyil.

- Tramp dönəmində erməni lobbisinin proseslərə müdaxiləsi ilə bağlı hansı yanaşmalar var?

- Erməni diasporu və erməni lobbisi Tramp hakimiyyəti dövründə tamamilə gücsüz olacaq. Beləliklə, onların ABŞ-nin Cənubi Qafqaz, Ermənistan siyasətinə təsiri sıfıra enəcək. Sözsüz ki, bu istiqamətdə müxtəlif cəhdlərin olması da mümkündür. Çünki Trampın ətrafında da ermənipərəst insanlar var. Amma bu, heç də Bayden dönəmində olduğu kimi dövlət siyasətinin əsas xəttini təşkil etməyəcək. Azərbaycan və Türkiyə ilə Trampın tamamilə fərqli, müsbət, intensiv siyasəti və bu əsaslara söykənən normal münasibətləri formalaşacaq.

- Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü gerçəkləşdi. Sərhədlərin şimaldan cənuba doğru dəqiqləşməsi ilə bağlı razılıq əldə edilib. Sərhəd dəqiqləşmələri fonunda eksklavların taleyi ilə bağlı hansı addımlar atıla bilər?

- Bu il bu məsələdə birmənalı olaraq irəliləyişlərin olması gözlənilir. Bunun fonunda hələ də Qazax rayonunun Ermənistanın nəzarətində olan 3 eksklav kəndinin (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) də taleyi həll olunacaq. Bu kəndlər Azərbaycana qaytarılacaq. Buna heç bir şübhə yoxdur. Aparılan müzakirələrin bir qədər uzanması da Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin taleyi ilə bağlı olduğu ehtimal olunur. Artıq bu məsələ ilə bağlı Azərbaycan istəyinə nail olub. Beləliklə, Ermənistanın işğalçı və revanşist iddiaları növbəti dəfə iflasa uğrayıb. Sərhədlərin Gürcüstan sərhəddindən başlayaraq İrana qədər olan hissəsinin delimitasiyası ilə bağlı qarşılıqlı bəyanatların verilməsi təsadüfi deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri