Qazaxın kəndlərinin işğalında iştirak edən erməni polkovnikdən ŞOK FOTO
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistan vaxt qazanmaq üçün güzəşt siyasəti yetirməlidir. Mən Tavuşla sərhəddəki kəndlərdə bir-bir olmuşam, onların hamısı türk kəndləridir”.
Globalinfo.az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində iştirak edən erməni polkovnik Andranik Davtyan “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O, Qazaxın kəndlərinin işğalında iştirak etdiyini söyləyib:
“Biz hazırda sərhədin aşağı hissəsində sadəcə Cermuku Azərbaycana təhvil verməyə razılaşmışıq, qalanları hələ yox. Ümumiyyətlə Tavuşa bitişik kəndlərdə olmuşam, onların hamısı türklərindir. Biz Qarabağı qaytardıq, o kəndləri də təhvil verməliyik. Həmin kəndlərin ələ keçirilməsində şəxsən iştirak etmişəm, haradan, kimdən aldığımızı çox yaxşı bilirəm. Onu da bilirəm ki, o kəndlərin heç biri bizim deyil. Sadəcə Voskeparın bir hissəsi bizim, bir hissəsi Azərbaycanındır”.
Polkovnik Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanımasını təqdir edib:
“Yazıq Paşinyan nə etməli idi? Onsuz da bunu baş nazirdən öncə Rusiya Prezidenti Vladimir Putin də elan etmişdi. Yəni onsuz da Qarabağ təhvil verilmişdi, sadəcə Paşinyan bunu rəsmən açıqladı”.
Qeyd edək ki, Ermənistan KİV-də Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin demarkasiya və delimitasiya prosesinin növbəti mərhələsi çərçivəsində Azərbaycana təhvil veriləcəyinə dair məlumatlar yayılıb.
Andranik Davtyan
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















