Qazaxın işğaldan azad edilən kəndlərinin sərhədinə belə nəzarət olunur FOTO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddət Ermənistan işğalı altında qalmış Qazax rayonunun 4 kəndində minə yaxın müşahidə-nəzarət kameraları quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Qazax" əlahiddə sərhəd diviziyasına səfər edən jurnalistlərə diviziya komandiri, general-mayor Misir Əliyev məlumat verib.
Qazaxın işğaldan azad edilmiş Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndlərində quraşdırılan müşahidə-nəzarət kameraları Ermənistanla şərti sərhəddin böyük hissəsi və Gürcüstan respublikası ilə sərhəddin bir hissəsinə nəzarət edir.
Uzaqdan idarə olunan kameralar əməliyyat şəraitinə tam nəzarət edilməsinə böyük dəstək verir”, - deyə general bildirib. 

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















