Qazaxıstan 111 illik isti rekordunu qırdı
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan 111 il əvvəl qeydə alınan istilik rekordunu qırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Kazhydromet məlumat yayıb. Bildirilib ki,
2026-cı ilin iyul ayı Qazaxıstanda ölkənin bir sıra bölgələrində qeydə alınan istilik və temperatur rekordları ilə yadda qaldı.
Türküstanda havanın temperaturu +47,6 dərəcəyə yüksəlib, Şımkentdə isə 111 il əvvəl qeydə alınan temperatur rekordu qırılıb.
Kazhydromet-in məlumatına görə, iyul ayında Qazaxıstanın əksər yerlərində havanın temperaturu iqlim normasından 1-4 dərəcə yüksək olub.
Almatıda da 16-20 iyul tarixlərində dörd temperatur rekordu qırılıb: 16 iyulda - +38 dərəcə, 17 iyulda - +39,2, 18 iyulda - +40 və 20 iyulda - +41,5 dərəcə isti qeydə alınıb.
Şımkentdə havanın temperaturu +45,2 dərəcəyə çatıb. 16 və 17 iyulda 1915-ci ildən bəri rekordlar qırılıb. Həmin vaxt havanın temperaturu müvafiq olaraq +41,1 və +40,1 dərəcə olub.
Qızılordada havanın temperaturu 17 iyulda +45,2 dərəcəyə, Türküstanda isə 18 iyulda +47,6 dərəcəyə yüksəlib. 2019-cu ilin əvvəlki rekordu +43,7 dərəcə olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Aston Villa 111 illik rekordunu təkrarlayıb
22 Dekabr 2025 09:32
Di Stefanonun 71 illik rekordunu qırdı
15 May 2025 11:57
Moskva 122 illik yağış rekordunu qırdı
18 May 2026 20:02
İngiltərə klubu 111 il sonra rekordunu təkrarlayıb
28 Dekabr 2025 13:13
Messinin rekordunu qırdı
03 May 2026 18:47
Baxış sayı:149
Bu xəbər 19 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















