Icma.az
close
up
RU
Qazaxıstan Azərbaycan əlaqələrinin dərinləşməsi TDT üçün bir fürsət pəncərəsidir Analitik

Qazaxıstan Azərbaycan əlaqələrinin dərinləşməsi TDT üçün bir fürsət pəncərəsidir Analitik

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Şəbnəm Həsənova: Həm Əliyev, həm də Tokayev regional inkişafda geosiyasi nüanslara diqqətlə fikir verir.


Qazaxıstanın paytaxtı Astana şəhəri Azərbaycan bayraqlarına bürünüb.

Bu, Prezident İlham Əliyevin bu ölkəyə planlaşdırılan səfəri ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə 20-21 oktyabr tarixlərində bu ölkəyə səfəri planlaşdırılır.

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər dərin tarixi, mədəni və mənəvi bağlara əsaslanır. Hər iki ölkə ortaq türkdilli xalqlardır və bu mənəvi yaxınlıq münasibətlərin formalaşmasında mühüm rol oynayır. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, əməkdaşlığın əsası daha qədim dövrlərə – Orta Asiya və Qafqaz arasında formalaşan tarixi ticarət yollarına və mədəni əlaqələrə dayanır.

Müstəqillik illərində Azərbaycan və Qazaxıstan arasında münasibətlər dinamik şəkildə inkişaf edib. Ölkələr siyasi, iqtisadi, humanitar və enerji sahələrində geniş əməkdaşlıq qurublar. Xəzər dənizi regionunda yerləşən bu iki qardaş ölkə həm də geostrateji baxımdan mühüm tərəfdaş sayılır.


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, son zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ritorikasına diqqət yetirmək kifayətdir ki, iki ölkə əməkdaşlığının neft və tranzit əməkdaşlığından kənara çıxacağı haqqında proqnozlar verə biləsən:


"Hər şeydən öncə reallaşdırılan layihələr innovativ iqtisadiyyatın inkişafını, onun tətbiqini diktə edir. Azərbaycanla Qazaxıstan arasında aydın, praktiki, konkret işlərin dərinləşdirilməsinə ehtiyac var. İlham Əliyevin Kasım-Jomart Tokayevin dəvəti üzrə 20-21 oktyabr tarixi üçün nəzərdə tutulan dövlət səfəri əməkdaşlıq razılaşmaları əsasında gücün müxtəlif istiqamətlər üzrə konsolidasiya olunaraq yeni təşkilati formalaşmasını təmin edəcək. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ictimai istəkdən doğan iddiaların reallaşması baxımından Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri olduqca mühümdür. Əməkdaşlığın yeni kateqoriyalarının genişləndirilməsi, xüsusilə də bir dövlətdə yaranan imkan və fürüsətlərin digər dövlətin hakimiyyət orqanları tərəfindən paralel irəliyə aparılması lazımdır. Hər sahə üzrə əməkdaşlığın institusional çərçivələri yaradılmalı, tam formalaşdırılmalıdır. İndiki siyasi reallıqlar kontekstində münasibətlərin ən şəffaf inkişafına və beləliklə, etimad prinsipinin etibarlılığına böyük diqqət yetirilir. 

İctimai əlaqələr xidmət sektoru ilə birbaşa bağlıdır. Sözügedən sektorda rahatlığın təmin olunması baxımından finteks sahəsi üzrə işlər görülməlidir. Qazaxıstanla Azərbaycan arasında yalnız enerji və nəqliyyat deyil, müxtəlif sahələr üzrə münasibətlərin dərinləşdirilməsi reallığın diktəsi olduğu qədər, həm də dövlətlər qədər, cəmiyyətlərin də marağında olan məsələdir. Siyasi etimad investorlar üçün konkret iqtisadi layihələrin icrası baxımından təminat vəd edir. Orta Dəhliz başda olmaqla Qazaxıstan və Azərbaycan arasında yenidən və fundamental qaydada nəzərdən keçirilən əlaqələr iqtisadi müstəqilliyin və bütövlükdə Avrasiyanın yeni prinsiplər üzrə reinteqrasiyasının əsas elementlərindən biridir. Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin ambisiyalar baxımından yenilikçi davranır. Məhz bu yanaşma TDT-nin daha da güclənməsinə gətirib çıxardacaq. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri ilə regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək, konkret sahələr üzrə model quraraq bunu təsisat çərçivəsində bölüşməlidir. Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb. İrimiqyaslı layihələrin icrasında nəinki bürokratik əngəllərin olmaması, süni intellekt üzrə ən qabaqcıl texnologiyaların tətbiqi vacibdir. Həm Azərbaycan, həm də Qazaxıstan Prezidenti siyasi nizamda nəyin lazım olduğunu dərk edən və ortaq vizyonlu liderlər, cəlb etməyə qadir olan siyasətçilərdir".


Analitik əlavə edib ki, səfərin fokusu hökumət, biznes dünyası və insanlardır:

"Azərbaycanla Qazaxıstan rutini aşan layihələrdə iştirakı hədəfləyir. Beynəlxalq təcrübəyə çıxış, iki ölkə mütəxəssislərinin mübadiləsi, karyera qurmaqda istəkli davranmaları üçün perspektivlər yaradılmalıdır. Bu, əlaqələri daha dayanıqlı edəcək. Qazaxıstan Azərbaycan əlaqələrinin dərinləşdirilməsi sadəcə iki ölkə üçün deyil, TDT üçün bir fürsət pəncərəsi, qazanmaq hüququdur. Həm Əliyev, həm də Tokayev regional inkişafda geosiyasi nüanslara diqqətlə fikir verir. Sadəcə resurs mənbələrinin axtarışı deyil, bilavasitə təhlükəsiz resurs mənbələrinin axtarışı vacibdir. Qazaxıstanın və ümumilikdə Mərkəzi Asiyanın tutduğu neytral siyasi yol bu region və xüsusən də TDT üçün bundan faydalanmaq baxımından lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri