Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 21 noyabr, AZƏRTAC
Qazaxıstan taxılın xaricə tədarükü xərclərini qismən ödəmək üçün kompensasiya tətbiq etməyi planlaşdırır.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu qərar cari ildə rekord miqdarda taxıl yığımı şəraitində ixracın dəstəklənməsinə yönəldilib.
“Kənd Təsərrüfatı Nazirliyi taxılın prioritet bazarlara ixracı zamanı nəqliyyat xərclərinin azaldılması məsələsi üzərində işləyir”, - deyə Baş nazirin müavini Serik Jumanqarin bildirib.
Onun sözlərinə görə, taxılın Azərbaycana, Avropa İttifaqı ölkələrinə, Şimali Afrikaya (Azov, Baltik və Qara dəniz limanları vasitəsilə), İrana, Əfqanıstana (Türkmənistandan tranzitlə), eləcə də Cənub-Şərqi Asiya ölkələrinə (Çin vasitəsilə tranzitlə) daşınmasına subsidiyaların verilməsi planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















