Qazaxıstan BakıSupsa marşrutu ilə neft tədarükü imkanını nəzərdən keçirir AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 25 noyabr, AZƏRTAC
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qazax neftinin ixrac marşrutlarının inkişafı perspektivlərini təqdim edib.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, bazar ertəsi parlamentdə keçirilən hökumət saatında çıxış edən nazir Bakı-Supsa neft kəmərindən istifadənin mümkünlüyü barədə danışıb.
A.Satkaliyev qeyd edib: “Bakı-Supsa neft kəmərinin imkanları nəzərdən keçirilir. Onun ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədərdir”.
Qazaxıstanın energetika nazirinin sözlərinə görə, hazırda bu marşrutdan istifadə qiymətləndirmə və müzakirə mərhələsindədir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















