Icma.az
close
up
RU
Qazaxıstan BTC yə qoşulur: “Azərbaycanın itkisini azaltmaq istəyir”

Qazaxıstan BTC yə qoşulur: “Azərbaycanın itkisini azaltmaq istəyir”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər, o cümlədən Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılması müzakirə olunacaq. Daha əlverişli investisiya və turizm mühitinin yaradılması səyləri çərçivəsində Qazaxıstan Türkiyə ilə vizasız rejimi də genişləndirir.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyə və Qazaxıstan liderləri  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər. İclasda iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri və türk birliyinin gücləndirilməsinin əsas aspektlərini müzakirə ediləcək.

Xatırladaq ki, dördüncü görüş Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri çərçivəsində 2022-ci ildə keçirilib. O zaman Ərdoğan bəyan etmişdi ki, Türkiyə-Qazaxıstan münasibətlərinin qabaqcıl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki xalqın ortaq tarix, din, dil və mədəniyyətə əsaslanaraq, ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq kimi iddialı məqsəd qoymuşdu. Ekspertlər bildirirlər ki, ilk dəfə 2016-cı ildə açıqlanan bu rəqəm bu gün də əhəmiyyətli olaraq qalır.

IMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçinin sözlərinə görə, Qazaxıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın tempi hər iki ölkə rəhbərliyinin istədiyi kimi sürətlə artmır. Ekspert qeyd edir ki, hərbi sahəni (keçən il Qazaxıstanda pilotsuz təyyarələrin istehsalına dair saziş imzalanıb, lakin hələ qüvvədə deyil-red.), enerji, müştərək nəqliyyat layihələrində iştirak, o cümlədən mədəniyyət, təhsil sahəsi və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı əlaqələri əhatə edən geniş ikitərəfli gündəliyə baxmayaraq, əməkdaşlıq potensialı məhdud olaraq qalır.

"Ortada bir sıra məhdudlaşdırıcı amilləri var. Birincisi, bu, ölkələrin coğrafi məsafəsi ilə bağlıdır. İkincisi, rəsmi ideoloji yaxınlığa baxmayaraq, Qazaxıstan və Türkiyə mövqelərində və bir çox digər parametrlərdə ciddi fərqlərə malikdir. İqtisadi baxımdan Türkiyə Qazaxıstanın 10 ən böyük ticarət tərəfdaşı sırasında olsa da, bu ölkənin sərmayələri əsasən tikinti və xidmət sektorunda cəmləşib".

Eyni zamanda, mədəni yaxınlıq ikitərəfli münasibətlərin möhkəmlənməsi amili olmaqla yanaşı, həm də türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrin inkişafı üçün əsas rol oynayır.  Belə ki, 2012-ci ildən Qazaxıstanda Beynəlxalq Türk Akademiyası, o cümlədən türk universitetləri, kollec və liseyləri fəaliyyət göstərir. 
Buna baxmayaraq, Stanislav Pritçinin qeyd etdiyi kimi, Türkiyə ilə təhsil əməkdaşlığı həcmcə bu sahədə Rusiya, Çin və Qərb ölkələri ilə əməkdaşlıqla müqayisə edilə bilməz. Məsələn, "Bolaşak" sistemi (Qazaxıstan Prezidentinin beynəlxalq təhsil təqaüdü-red.) çərçivəsində qazaxıstanlı tələbələr hazırda Türkiyədə təhsil almırlar.

Lakin milli ədəbi əsərlər vasitəsilə nəsildən-nəslə ötürülən vahid tarixi şüurun, ümumi coğrafi ideyaların və mədəni dəyərlərin formalaşdırılması istiqamətində fəal iş aparıldığı üçün bu vəziyyət tezliklə dəyişə bilər. Bu istiqamətdə atılan mühüm addım kimi 2020-ci ildə Türkiyə, Qazaxıstan və Azərbaycanda “Türklərin ümumi tarixi” adlı vahid məktəb dərsliyinin tətbiqinə başlanılıb.

Lakin ekspertin fikrincə, Qazaxıstanla Türkiyə arasında münasibətlər obyektiv çətinliklərdən də xali deyil. Apreldə Səmərqənddə keçirilən “Mərkəzi Asiya – Avropa İttifaqı” sammitindən sonra Qazaxıstan da daxil olmaqla, region ölkələri Aİ ilə əlaqələrin inkişafına üstünlük verdiklərini bəyan ediblər. Bu, həm Türkiyənin proqramlarını əhəmiyyətli dərəcədə üstələyən Avropa İttifaqı ilə əməkdaşlıq həcmində, həm də Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımamaqla yanaşı, Kipr Respublikasının (adanın yunan hissəsi) suverenliyini tanımaq istəyində özünü göstərib.

Stanislav Pritçin qeyd edib ki, enerji resurslarının ixrac marşrutlarının şaxələndirilməsinə gəlincə, Rusiya ərazisindən keçən Xəzər Nəqliyyat Marşrutunun əvəzedicisi yoxdur. Qazaxıstan 2025-2040-cı illər üçün Neft Emalı Sənayesinin İnkişafı Konsepsiyasını təsdiləyib.  Bu, sektorun transformasiyası üçün iddialı plan hesab olunur. Plan icra ediləcəyi təqdirdə təkcə daxili ehtiyacları ödəməli deyil, həm də ölkəni neft məhsullarının ixracında regional liderlərdən birinə çevirməlidir. Buna görə də Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft nəqlini artırmaq niyyətindədir. Buna görə də İran limanları vasitəsilə Hindistana ixrac imkanlarını araşdırır.

Qazaxıstan ehtiyat edir ki, Qərb enerji sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər. Bu da Qazaxıstanın neft sənayesinə zərbə vuracaq. Xüsusən də Qazaxıstan neftinin CPC vasitəsilə  (Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium – CPC) ixracı dayandırılıb. Lakin bu dəfə səbəb Rusiyanın tətbi etdiyi yeni qaydalar olub. Yeni qaydalara görə, xarici gəmilərin Rusiya limanlarına daxil olması üçün Federal Təhiatlar Bürosundan icazə tələb olunur.Pritçin hesab edir ki, bu, yaxın gələcəkdə həll olunacaq texniki məsələdir və CPC vasitəsilə neft ixracının illik nəticələrinə qlobal təsir göstərməyəcək:

“BTC boru kəmərinə gəlincə, burada bir sıra obyektiv və subyektiv məhdudiyyətlər var. Türkiyədən keçən marşrut bir sıra çətinliklərlə üzləşir. Bu, xeyli bahadır, infrastruktur hazır deyil. Bundan əlavə, Qazaxıstan neftinin keyfiyyəti aşağıdır, endirimlə satılır, Azərbaycanın “Azeri Lights”-ı isə yüksək qiymətə satılır. Qazax neftinin nəqlinin artırılması Azərbaycan neftinin qiymətini aşağı salacaq, Qazaxıstan isə öz neftinin BTC vasitəsilə tədarükü ilə Azərbaycanın itkisini azaltmaq istəyir”.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri