Qazaxıstan BTC kəməri ilə neftin nəqlini artıracaq
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırmaq niyyətindədir. AZƏRTAC “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.
Qazaxıstanlı nazir qeyd edib: “Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına tədarükü ilə bağlı razılaşmalarımızı uğurla həyata keçiririk. Ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,4 milyon ton neft nəql edilib. Gələcəkdə Qazaxıstan neftinin tranzitini ildə 2,2 milyon tona çatdırmağı planlaşdırırıq”.
Murat Nurtleu vurğulayıb ki, Qazaxıstan azərbaycanlı tərəfdaşları ilə birgə xaricə uranın stabil tədarükünü davam etdirir. O əlavə edib: “Qazaxıstanın enerji resurslarının nəqli və Xəzər dənizi vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqə rolunu oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















