Icma.az
close
up
RU

“Qazaxıstan höküməti qanvermə məntəqələrinə gedən taksiləri pulsuz edib ki...” FOTO+ÖZƏL

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Bu faciənin dərin kədər və acı ilə dolu olduğu bu günlərdə birlikdə olmağın, bir-birimizi dəstəkləməyin əhəmiyyətini bir daha dərk edirik. Əvvəlcə bu dəhşətli qəzada həyatlarını itirənlərin yaxınlarına və ailələrinə dərin hüznlə başsalığı verir, yaralılara isə Allahdan şəfa diləyirəm. Hadisənin miqyası hələ də tam aydınlaşdırılmasa da, təyyarədə olanların vəziyyəti fərqlidir. Bəzi sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya gətirilib, bir çoxları isə ağır vəziyyətdə intensiv terapiya şöbələrində müalicə olunurlar. Onların vəziyyəti həkimlərin nəzarəti altındadır. Biz hər bir yaralının sağalması üçün dua edirik”.

Bunu Moderator.az-a açıqlamasında Aktauda yerləşən Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov deyib.

O daha sonra əlavə edib:

“Qəza yerlərində və xəstəxanalarda olan məlumatları fasiləsiz olaraq hər kəsə, xəstələrin yaxınlarına çatdırırıq. Ən son məlumatları mümkün qədər tez yaymağa çalışırıq. Qazaxıstanın səhiyyə sistemi, səyləri və peşəkarlıqları ilə hadisənin ilk anlarından etibarən  böyük dəstək göstərir. Xüsusilə də qan toplama kampaniyasına Qazaxıstan tərəfinin verdiyi dəstək əvəzsizdir. Qazaxıstan höküməti qanvermə məntəqələrinə gedən taksiləri pulsuz etmişdir ki, bu da insanların qanverməyə gəlməsinə daha rahat kömək edir. Bu humanitar dəstəyə görə Qazaxıstan xalqına və hökümətinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan diasporası kimi biz bu faciənin ilk anlarından etibarən fəal hərəkətə keçmişik. Qazaxıstanda yaşayan həmvətənlərimiz hadisə haqqında məlumat əldə edən kimi hər cür kömək üçün səfərbər olurlar. Bizim hərəkətlərimiz bir neçə istiqamətdən ibarətdir. İlk növbədə qan toplama kampaniyası, maddi yardım, informasiya dəstəyi və psixoloji dəstəkdir. Bundan əlavə Azərbaycan höküməti tərəfindən xüsusi bir qrup göndərilib ki, bu qrup hadisənin araşdırılmasında və zərərçəkənlərə kömək etməkdə yardımçı olur. Onların iştirakı bizi olduqca ruhlandırır. Aktau şəhərindəki Baş konsulluğumuzun qarşısına insanlar dayanmadan çiçək dəstələri qoyur, başsağlığı verir. Bu həmrəylik və dəstək bizi çox təsirləndirir. Bizim hərəkətlərimiz əsasən birlik, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanır. Bu faciənin acısını birlikdə yaşayır və birlikdə aradan qaldırmağa çalışırıq. Azərbaycan diasporasının bir hissəsi kimi biz qardaşlarımızın yanında olduğumuzu və onlara hər cür dəstək göstərməyə hazır olduğumuzu bildirmək istəyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri