Icma.az
close
up
RU
Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... Türk torpaqlarını satan və qoruyan liderlər

Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... Türk torpaqlarını satan və qoruyan liderlər

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Sergeyeviç Xruşşov (1953-1964) Qazaxıstanı parçalamaq fikrində idi. O vaxt Nikita Xruşşov Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan Jumabek Axmetoviç Taşenovdan (1960-1961) bu ideyaya münasibəti ilə maraqlanır.

Qazaxıstan türklərinin möhtəşəm lideri Xruşşova elə cavab verdi ki...

Öncə onu aydınlaşdıraq ki, Xruşşov nə etmək istəyirdi?

Qazaxıstan SSR-in beş şimal rayonu - Şimali Qazaxıstan, Kokşetau, Kostanay, Akmola və Pavlodarı Rusiyaya, Çimkənd vilayətini Özbəkistana, Manqistau vilayətini isə Türkmənistana vermək istəyirdi. İndiki Qazaxıstanın yarısı pay-puş edilirdi. 

Tarixçi Karişala Asanova bu məsələ ilə bağlı yazığı kitabda Xruşşovla Taşenovun dialoqunu belə təqdim edir:

- Respublikada torpaq məsələsini yubanmadan həll etmək lazımdır. Biz yoldaş Kunayev və vilayət rəhbərləri ilə artıq danışmışıq. Onlar bizi dəstəkləyirlər. İndi Jumabek Axmetoviç, sizin fikrinizi bilmək istərdik.

Taşenov dərhal cavab verdi: 

- Nikita Sergeyeviç, mən nəinki bu məsələnin həllinin qəti əleyhinəyəm, həm də bu fikrin qəti əleyhinəyəm!

Sonra “əziz Nikita Sergeyeviç” alovlandı: 

- Sən kimsən ki, Siyasi Büronun qərarına qarşı çıxırsan? Başa düşürsənmi, sənsiz də biz bunu edə bilərik. Sovet İttifaqı vahid dövlətdir. Hansı ərazini hansı respublikaya verilməlidir, bunu SSRİ Ali Soveti həll edə bilər!

Taşenov gülümsəyərək cavab verdi: 

- Əgər torpaq məsələsi yerli hakimiyyətin iradəsi olmadan həll oluna bilərsə, onda SSRİ Konstitusiyasına düzəlişlər edilməlidir. Konstitusiyada isə göstərilir ki, hər bir respublikanın ərazisi onun toxunulmaz mülkiyyətidir. Əgər bu müddəa pozularsa, o zaman beynəlxalq hüquqi təşkilatlara müraciət etmək hüququmuz var”.

Bu böyük şəxsiyyət 1986-cı il noyabrın 18-də Çimkənd şəhərində vəfat etdi. O torpaqların əldən çıxmasına razılıq versə idi, Qazaxıstanda yox, Özbəkistanda dünyasını dəyişmiş olacaqdı. 

İndi o, Qazaxıstanın qüruru sayılan tarixi şəxsiyyətdir. Düşünün ki, o, dirəniş göstərməsəydi, Qazaxıstanın yarısı, haradasa Avropanın yarısından da böyük bir ərazi it-bata düşmüşdü.

Mən öz payıma Jumabek Taşenovun xatirəsi qarşısında baş əyirəm. Nə qədər ki, bu dünyada türk xalqı yaşayır, o, hörmət və ehtiramla yad olunacaq.

Onu da mütləq qeyd etmək lazımdır ki, Jumabek Taşenovun torpaq məsələsinə etiraz etdikdən 2 ay sonra işdən çıxarıldı. Onun yerinə Dinməhəmməd Əhməd oğlı Kunayev gəldi. O, (1960-1962 və 1964-1986) illərdə Qazaxıstan SSR KP MK-nın birinci katibi oldu.

Bəs, 1962-1964-cü illərdəki boşluq nə ilə izah olunur?

Deməli, Nikita Xruşşov bu dəfə də Jumabek Taşenova dediklərini Dinməhəmməd Kunayevə dedi. Kunayev də eynən öz sələfi kimi Qazaxıstan torpaqlarının Rusiyaya verilməsinə “yox” dedi. Ona görə də onu bir müddət işdən uzaqlaşdırdılar. Nikita Xruşşovun təklifinə “hə” deyən İsmayıl Abdurasuloviç Yusupov iqtidara gəldi. Uyğur əsilli olan bu liderin gəlişi Qazaxıstanda pis qarşılandı. Nikita Xruşşov 1964-cü ildə işdən qovuldu. Qazaxıstan torpaqlarının bölünməsi planı da Nikita Xruşşovla birlikdə dəfn olundu. Leonid Brejnev SSRİ-yə rəhbər seçildi. O da Dinməhəmməd Kunayevi öz yerinə qaytardı. Həmin təyinatdan sonra cənab Kunayev düz 22 il Qazaxıstana rəhbərlik etdi. 

Sonra Nursultan Əbiş oğlu Nazarbayev ona qarşı SSRİ miqyasında kampaniya apardı. SSRİ-nin yeni lideri Mixail Sergeyeviç Qorbaçov (1985-1991) Dinməhəmməd Kunayevə qarşı çıxdı. Çünki onu Brejnevin adamı hesab edirdi. Nəhayət, SSRİ rəhbərliyi 1986-ci ilin dekabrında cənab Kunayevi etnik rus olan Gennady Vasilyevich Kolbinlə (1989-1990) əvəz etdi. 

Xalq ayağa qalxdı. 1986-cı il dekabrın 16-dan 18-dək Almatıda üç günlük küçə iğtişaşları baş verdi. Bu, Qorbaçovun hakimiyyəti dövründə etnik qarşıdurmanın ilk əlamətləri idi. Müasir Qazaxıstanda bu üsyan Jeltoqsan (qazax dilində dekabr anlamını verir) adlanır.

Etirazlar zamanı KQB 8,5 min insanı həbs edərək iğtişaşı zorla yatırdı. 1700-dən çox insan yaralandı, 5,5 minə yaxın insan dindirildi, istintaqa ifadə verdi. Üstəlik, yüzlərlə insan işdən qovuldu.

Ən önəmlisi isə odur ki, qazax xalqı Qazaxıstana bir rusun rəhbərlik etməsinə imkan vermədi. Cənab Kunayev isə iqtidarda olduğu müddətdə Qazaxıstanı iqtisadi baxımdan Rusiya və Ukraynadan sonra 3-cü yerə qaldırdı. Adam möhtəşəm işlər görüb...

İndi də keçək öz kommunistlərimizə. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı nə qədər böyük problemlərlə üzləşdi. Mən hələ qondarma Dağlıq Qarabağda yaşadığımız müsibətlərdən danışmıram. Bütün bu problemlərin kökündə o dayanır ki, bizim kommunistlərdə Jumabek Taşenovdakı qeyrət olmadı. 

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində ciddi işlər görüb. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi.

Nə dedi? Tarixin yaddaşında hamısı qalıb: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz;  Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”.

Bəyanatda o da qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.

Ona görə də mənim nəzərimdə Nəriman Nərimanovun adının belə Jumabek Taşenovla qoşa çəkilməsi sonuncuya təhqirdir. Türk torpaqlarını ona-buna “hədiyyə” verənlər əbədiyyətə qədər lənətlənməlidir.

Elbəyi Həsənli, Sürix

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Avqust 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see212

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see185

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see175

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see164

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see141

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see138

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see132

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see126

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see124

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see124

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see123

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see123

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see123

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see123

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri