Icma.az
close
up
RU
Türk torpaqlarını satan və qoruyan LİDERLƏR

Türk torpaqlarını satan və qoruyan LİDERLƏR

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Sergeyeviç Xruşşov (1953-1964) Qazaxıstanı parçalamaq fikrində idi. O vaxt Nikita Xruşşov Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan Jumabek Axmetoviç Taşenovun (1960-1961) bu ideyaya münasibəti ilə maraqlanır. Qazaxıstan türklərinin möhtəşəm lideri Xruşşova elə cavab verir ki.
Öncə onu aydınlaşdıraq ki, Xruşşov nə etmək istəyirdi? Qazaxıstan SSR-in beş şimal rayonu - Şimali Qazaxıstan, Kokşetau, Kostanay, Akmola və Pavlodarı Rusiyaya, Çimkənd vilayətini Özbəkistana, Manqistau vilayətini isə Türkmənistana vermək istəyirdi. İndiki Qazaxıstanın yarısı pay-puş edilirdi. Tarixçi Karişala Asanova bu məsələ ilə bağlı yazığı kitabda Xruşşovla Taşenovun dialoqunu belə təqdim edir:
“- Respublikada torpaq məsələsini yubanmadan həll etmək lazımdır. Biz yoldaş Kunayev və vilayət rəhbərləri ilə artıq danışmışıq. Onlar bizi dəstəkləyirlər. İndi, Jumabek Axmetoviç, sizin fikrinizi bilmək istərdik.
Taşenov dərhal cavab verdi:
- Nikita Sergeyeviç, mən nəinki bu məsələnin həllinin qəti əleyhinəyəm, həm də bu fikrin qəti əleyhinəyəm!
Sonra “əziz Nikita Sergeyeviç” alovlandı:
- Sən kimsən ki, Siyasi Büronun qərarına qarşı çıxırsan? Başa düşürsənmi, sənsiz də biz bunu edə bilərik. Sovet İttifaqı vahid dövlətdir. Hansı ərazi hansı respublikaya verilməlidir, bunu SSRİ Ali Soveti həll edə bilər!
Taşenov gülümsəyərək cavab verdi:
- Əgər torpaq məsələsi yerli hakimiyyətin iradəsi olmadan həll oluna bilərsə, onda SSRİ Konstitusiyasına düzəlişlər edilməlidir. Konstitusiyada isə göstərilir ki, hər bir respublikanın ərazisi onun toxunulmaz mülkiyyətidir. Əgər bu müddəa pozularsa, o zaman beynəlxalq hüquqi təşkilatlara müraciət etmək hüququmuz var”.

Bu böyük şəxsiyyət 1986-cı il noyabrın 18-də Çimkənd şəhərində vəfat etdi. O torpaqların əldən çıxmasına razılıq versə idi, Qazaxıstanda yox, Özbəkistanda dünyasını dəyişmiş olacaqdı. İndi o, Qazaxıstanın qüruru sayılan tarixi şəxsiyyətdir. Düşünün ki, o, dirəniş göstərməsəydi, Qazaxıstanın yarısı, haradasa Avropanın yarısından da böyük bir ərazi, it-bata düşmüşdü. Mən öz payıma Jumabek Taşenovun xatirəsi qarşısında baş əyirəm. Nə qədər ki, bu dünyada türk xalqı yaşayır, o, hörmət və ehtiramla yad olunacaq. Onu da mütləq qeyd etmək lazımdır ki, Jumabek Taşenov torpaq məsələsinə etiraz etdikdən 2 ay sonra işdən çıxarıldı. Onun yerinə Dinməhəmməd Əhməd oğlı Kunayev gəldi. O, (1960-1962 və 1964-1986) illərdə Qazaxıstan SSR KP MK-nın birinci katibi oldu.
Bəs 1962-1964-cü illərdəki boşluq nə ilə izah olunur?
Deməli, Nikita Xruşşov bu dəfə də Jumabek Taşenova dediklərini Dinməhəmməd Kunayevə dedi. Kunayev də eynən öz sələfi kimi Qazaxıstan torpaqlarının Rusiyaya verilməsinə “yox” dedi. Ona görə də onu bir müddət işdən uzaqlaşdırdılar. Nikita Xruşşovun təklifinə “hə” deyən İsmayıl Abdurasuloviç Yusupov iqtidara gəldi. Uyğur əsilli olan bu liderin gəlişi Qazaxıstanda pis qarşılandı.
Nikita Xruşşov 1964-cü ildə işdən qovuldu. Qazaxıstan torpaqlarının bölünməsi planı da Nikita Xruşşovla birlikdə dəfn olundu. Leonid Brejnev SSRİ-yə rəhbər seçildi. O da Dinməhəmməd Kunayevi öz yerinə qaytardı. Həmin təyinatdan sonra cənab Kunayev düz 22 il Qazaxıstana rəhbərlik etdi. Sonra Nursultan Əbiş oğlu Nazarbayev ona qarşı SSRİ miqyasında kampaniya apardı.
SSRİ-nin yeni lideri Mixail Sergeyeviç Qorbaçov (1985-1991) Dinməhəmməd Kunayevə qarşı çıxdı. Çünki onu Brejnevin adamı hesab edirdi. Nəhayət SSRİ rəhbərliyi 1986-ci ilin dekabrında cənab Kunayevi etnik rus olan Gennady Vasilyevich Kolbinlə (1989-1990) əvəz etdi. Xalq ayağa qalxdı. 1986-cı il dekabrın 16-dan 18-dək Almatıda üç günlük küçə iğtişaşları baş verdi. Bu, Qorbaçovun hakimiyyəti dövründə etnik qarşıdurmanın ilk əlamətləri idi. Müasir Qazaxıstanda bu üsyan Jeltoqsan (qazax dilində dekabr anlamını verir) adlanır. Etirazlar zamanı “KQB” 8,5 min insanı həbs edərək iğtişaşı zorla yatırdı. 1700-dən çox insan yaralandı, 5,5 minə yaxın insan dindirildi, istintaqa ifadə verdi. Üstəlik, yüzlərlə insan işdən qovuldu. Ən önəmlisi isə odur ki, qazax xalqı Qazaxıstana bir rusun rəhbərlik etməsinə imkan vermədi. Cənab Kunayev isə iqtidarda olduğu müddətdə Qazaxıstanı iqtisadi baxımdan Rusiya və Ukraynadan sonra 3-cü yerə qaldırdı. Adam möhtəşəm işlər görüb...
İndi də keçək öz kommunistlərimizə. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı nə qədər böyük problemlərlə üzləşdi. Mən hələ qondarma Dağlıq Qarabağda yaşadığımız müsibətlərdən danışmıram. Bütün bu problemlərin kökündə o dayanır ki, bizim kommunistlərdə Jumabek Taşenovdakı qeyrət olmadı.

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində ciddi işlər görüb. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Nə dedi? Tarixin yaddaşında hamısı qalıb:
“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılırlar”.
Bəyanatda o da qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır. Ona görə də mənim nəzərimdə Nəriman Nərimanovun adının belə Jumabek Taşenovla qoşa çəkilməsi sonuncuya təhqirdir. Türk torpaqlarını ona-buna “hədiyyə” verənlər əbədiyyətə qədər lənətlənməlidir.
Elbəyi Həsənli,
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri