Qazaxıstan millisinin qapıçısı qədim türklərin “Gök boru” oyununu oynadı VİDEO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə Qazaxıstan milli komandasının və “Astana” klubunun qapıçısı Muhammedcan Seysen məzuniyyətini doğma yurdu Jambul vilayətində keçirir.
İdman.Biz xəbər verir ki, 26 yaşlı qapıçı yerli gənclərin iştirakı ilə keçirilən “Gök boru” yarışlarında iştirak edib.
Görüntülər futbol azarkeşləri və ölkənin tarixi ilə maraqlanan hər kəs üçün maraqla qarşılanıb.
Məlumat üçün əlavə edək ki, “Gök boru” türk xalqlarının qədim ənənələrinə söykənən milli idman növüdür. Onun başlanğıcı çöl həyatında qurd ovundan gəlir. Qədim türklər bu oyunu müharibə vaxtlarında evdə qalan gənclərin döyüş qabiliyyətini və at üzərindəki hünərlərini itirməməsi üçün praktik olaraq tətbiq edib. Qeyd edək ki, bu oyun hazırda canlı olaraq Qırğızıstan və Qazaxıstanda oynanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















