Icma.az
close
up
RU
Qazaxıstan rəsmisi: Biz Bakı Harmoniya Təşəbbüsünə qoşulan ilk ölkələrdən biriyik AZƏRTAC

Qazaxıstan rəsmisi: Biz Bakı Harmoniya Təşəbbüsünə qoşulan ilk ölkələrdən biriyik AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Belə bir möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan hökumətinə və ölkənin Kənd Təsərrüfatı Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Miqyası çox böyü olan bu tədbirə bütün ölkələr qatılır. Biz kənd təsərrüfatı ilə bağlı bütün tədbirlərdə fəal iştirak edirik.

Bu sözləri Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kenjexanulı Bakıda keçirilən COP29 çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

O əlavə edib: “Bu gün iqlim dəyişikliyi və ekoloji problemlər birmənalı olaraq kənd təsərrüfatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də bütün ölkələr kimi, Qazaxıstanı da kənd təsərrüfatının inkişafına təsir edən iqlim dəyişiklikləri ilə bağlı problemlər narahat edir. Bugünkü tədbirlərdə mən və həmkarlarım ümumilikdə kənd təsərrüfatının inkişafı ilə bağlı ölkələrdə işlərin necə getdiyini, hansı praktiki dəyişikliklərin olduğunu, mövcud iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizə mexanizmlərini müzakirə etdik.

Qazaxıstan da bu problemlərin həlli ilə bağlı tədbirlər görür. Bizim 2030-cu ilə qədər aqrar-sənaye kompleksinin inkişafı üzrə qəbul edilmiş konsepsiyamız var ki, bu da kənd təsərrüfatının və kənd infrastrukturunun inkişafına yönəlmiş müxtəlif dövlət dəstəyi mexanizmlərini nəzərdə tutur. Ona görə də ümid edirik ki, bu tədbir kənd təsərrüfatının inkişafı üçün müxtəlif ölkələrdə istifadə olunan ən yaxşı təcrübələri bölüşməyə imkan verəcək.

Biz Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləyirik. Bu, ilk növbədə, Bakı Harmoniya Təşəbbüsüdür. Biz ona qoşulan ilk ölkələrdən biriyik. Birlikdə iqlim dəyişikliyi ilə bağlı qərar verəcəyik və tədbirlər görəcəyik”, - deyə Qazaxıstan nazirinin müavini sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri