Qazaxıstan və İran ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq barədə razılığa gəliblər
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Qazaxıstan və İran ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, ilk növbədə 1 milyard dollara, ikinci mərhələdə isə 2 milyard dollara çatdırmaq barədə razılığa gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jimart Tokayev iranlı həmkarı ilə birlikdə iştirak etdiyi Qazaxıstan-İran biznes forumunda çıxışı zamanı deyib. Tokayev bildirib ki, bunun üçün tam potensialımız var:
"İnvestisiya sahəsində əlaqələrimiz artır. Son 20 ildə İran İslam Respublikası Qazaxıstana 226 milyon dollardan çox investisiya qoyub. Hazırda ölkəmizdə İran biznes icması tərəfindən açılan 350-dən çox müəssisə uğurla fəaliyyət göstərir”.
Tokayev iki ölkə arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək sahələrə toxunub. Qazaxıstan prezidenti qeyd edib ki, bunların arasında nəqliyyat və logistika sektorunda əməkdaşlığın gücləndirilməsi çox aktualdır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qazaxıstan və Rusiya ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq niyyətindədir
30 Yanvar 2025 12:32
Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir
21 Oktyabr 2025 15:03
Qazaxıstan və Qırğızıstan əmtəə dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətindədir
22 Avqust 2025 15:34
Qazaxıstan Azərbaycanla ticarət dövriyyəsinin dəyərini 1 milyard dollara çatdırmaq istəyir
11 Mart 2025 11:25
Türkiyə və Qazaxıstan ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir
30 İyul 2025 03:49
Baxış sayı:36
Bu xəbər 11 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















