Qazaxıstan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Astana, 8 yanvar, AZƏRTAC
Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı olub.
AZƏRTAC Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və gələcək inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Tərəflər Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin hərtərəfli möhkəmləndirilməsinə kömək etməyə qarşılıqlı hazırlıqlarını təsdiqləyiblər.
Həmçinin cari ildə ali və yüksək səviyyəli tədbirlərin qrafiki nəzərdən keçirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:118
Bu xəbər 08 Yanvar 2025 04:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















