Qazaxıstan və Türkiyə problemlərin həllində rol oynaya bilər Tokayev
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Qazaxıstan və Türkiyə kəskin regional məsələlərin həllində mühüm rol oynaya bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkiyədə keçirilən Antalya Diplomatik Forumunda bildirib.
"Qardaşım, görkəmli lider Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə regionumuzda aparıcı rola malikdir. Hesab edirəm ki, Qazaxıstan və Türkiyə, təəssüf ki, regionumuzda zaman-zaman yaranan ən kəskin məsələlərin həllində əhəmiyyətli rol oynaya bilər", - o bildirib.
Tokayev Türkiyə Prezidentinin mayın 14-də Qazaxıstana dövlət səfəri edəcəyini gözlədiyini qeyd edib.
Bundan başqa, o bildirib ki, müasir beynəlxalq çağırışların mürəkkəbliyinə baxmayaraq, onlar region dövlətlərinin birgə səylərini və koordinasiyasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Aprel 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















