Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 23 iyun, AZƏRTAC
Yaxın Şərq ölkələrinə istirahət məqsədilə səfər etməzdən əvvəl hər şeyi diqqətlə qiymətləndirmək tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı məlumat verib.
“Hazırda reyslər davam edir, lakin vəziyyət istənilən anda dəyişə bilər. Uçuşlar dayandırılarsa, vətəndaşların Qazaxıstana necə qayıdacağı ilə bağlı ciddi məsələ ortaya çıxacaq”, – deyə o bildirib.
XİN rəsmisi qeyd edib ki, vəziyyət mürəkkəb geosiyasi xarakter daşıyır və hər gün dəyişir.
“Məsələn, dünən “Air Astana” aviaşirkəti bir neçə reysi ləğv edib. Təbii ki, bu cür hallarda problemlər yaranacaq və vətəndaşların oradan necə təxliyə olunması məsələsi meydana çıxacaq”, – deyə o əlavə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















