Tramp komandası 20 yanvardan əvvəl Yaxın Şərqə doğru hərəkət edir
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həftə sonundan bəri HƏMAS və İsrail nümayəndə heyətləri arasında Qəzza üçün atəşkəs danışıqları davam edərkən, Tramp administrasiyası da bununla bağlı addım atıb.
Publika.az xəbər verir ki, Yaxın Şərqdəki proseslərdə Tramp administrasiyası da yaxından iştirak edir.
Belə ki, ABŞ-ın Yaxın Şərq üzrə yeni təyin olunmuş elçisi Steve Vitkoff Qəzzada atəşkəs əldə etmək üçün bu həftə sonu Dohaya gedəcəyini açıqlayıb.
Vitkoff deyib ki, müqavilə başa çatmaq üzrədir:
“Yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər atəşkəsin əldə olunmasını gözləyirəm. İrəliləyiş əldə edirik, indi çox danışmaq istəmirəm. Prezident (Tramp) bu danışıqları aparır, ümid edirəm ki, dedikləri ilə hər şey düzələcək və bir neçə insanın həyatını xilas edəcəyik. İnanıram ki, razılığın astanasındayıq”.
Aysel Şahmar
Baxış sayı:103
Bu xəbər 08 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















