Qazaxıstanda 10 nəfərin adı Qurultaydır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 21 avqust, AZƏRTAC
Qazaxıstanda Qurultay adına və onun variantlarına nadir hallarda rast gəlinir. Bu ilin avqust ayına olan məlumata görə, ölkədə “Qurıltay”, “Kurıltay”, “Kurultay” və “Kurltay” adlarını daşıyan 10 nəfər qeydə alınıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu adları daşıyanların 6-sı kişi, 4-ü qadındır.
Qurultay adını və onun variantlarını daşıyanların ən çoxu Şərqi Qazaxıstan vilayətində yaşayır - 4 nəfər. Daha 2 nəfər Almatıda qeydə alınıb. Abay, Jambıl, Karaqanda və Manqistau vilayətlərinin hər birində isə bir nəfər yaşayır.
Bu adı daşıyan 10 nəfərdən 5-nin yaşı 65 və daha yuxarıdır. Onlardan ən yaşlısının 80 yaşı var.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















