Qazaxıstanda keçmiş məsciddə partlayış olub, ölənlər və yaralananlar var
Icma.az, Report.az-ə istinadən, məlumatı açıqlayır Qazaxıstanda keçmiş məsciddə partlayış olub, ölənlər və yaralananlar var.
Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlayışı nəticəsində üç nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi bildirib.
“1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb”, – məlumatda diqqətə qeyd olunub.
