Qazaxıstanda yaşayan azərbaycanlıların qürur günü
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 8 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində qazanılan Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Qazaxıstanın paytaxtı Astanada yaşayan azərbaycanlılar da bu günü böyük fəxr və qürur hissi ilə qeyd edirlər.
AZƏRTAC-ın müxbiri Astanada yaşayan Nəhmədovlar ailəsinin qonağı olub. Ailənin əcdadları ötən əsrin 30-cu illərində Qazaxıstana sürgün ediliblər. Buna baxmayaraq, ailə üzvləri Azərbaycanla bağlılıqlarını qoruyur, ana dilini və milli ənənələri gələcək nəslə ötürürlər.Ailənin başçısı Zakir Nəhmədov bildirib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən sosial şəbəkələrdə hadisələri izləyib, Prezident İlham Əliyevin çıxışlarına baxıb.
O, ərazilərin azad olunması xəbərlərini qürur hissi ilə qarşıladıqlarını, ordumuzun uğurlarını bir-biri ilə bölüşdüklərini söyləyib.
Şuşanın azad edilməsi xəbərini necə qarşıladığını xatırlayan həmsöhbətimiz deyib: “Həqiqətən çox sevindik. Bu çox qürurvericidir, başımızın ucalığıdır”.
Həmvətənimizin sözlərinə görə, Şuşanın azad olunduğu gün çoxlu qazax dostu ona zəng edərək təbriklərini çatdırıb.
“Bu qələbə tək Azərbaycanın qələbəsi deyil, bu bütün türk millətlərinin qələbəsidir”, - deyə o bildirib.
Z.Nəhmədov Qələbənin əldə olunmasında şəhidlərin və qazilərin xidmətlərini vurğulayıb, şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Zakir Nəhmədovun oğlu, paytaxt universitetlərinin birində hüquq təhsili alan Mehdi Nəhmədov Qarabağın azad olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. “Qarabağın azad olunması bizim üçün çox belə böyük gündür, tarixi gündür”, - deyə o bildirib.
Məktəbli Əbülfəz Nəhmədov da Qələbə gününü yaxşı xatırladığını bildirib. O, həmin səhər sosial şəbəkələrdə Azərbaycan bayrağını görərək çox sevindiyini deyib.
“Mən Azərbaycan xalqının sevincinə şərik oldum, çünki özüm də azərbaycanlıyam”, - deyə Ə.Nəhmədov qeyd edib.
O əlavə edib ki, həmin gün Astanada yaşayan azərbaycanlılarla bir araya gələrək Qələbəni qeyd ediblər.
Nəsillərdir Qazaxıstanda yaşayan bu ailə Azərbaycana sevgisini qoruyur və Vətəndə baş verən hadisələri diqqətlə izləyir.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















