Icma.az
close
up
RU
Qazaxıstanın əl Farabi Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzi açılıb

Qazaxıstanın əl Farabi Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzi açılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondu və əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə əməkdaşlığı çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq, alim A.T.Kaydar adına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub.

Bu barədə AZƏRTAC-a Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Mərkəzin açılış mərasimində çıxış edən əl-Farabi Universitetinin rektoru Janseyit Tümebayev bildirib ki, universitetin prioritet məsələlərindən biri türk xalqları arasında körpü yaratmaq və güclü əlaqələr formalaşdırmaqdır. O, universitetin Filologiya fakültəsi nəzdində açılan mərkəzin bu mənada uğurlu işlər görəcəyinə olan inamından söz açıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk dünyası arasında dostluq və birliyin yaradılması üçün təkcə mədəni deyil, eyni zamanda, mənəvi sferanın inkişafına da önəm verilməli olduğunu qeyd edib. O bildirib ki, Türk dünyasının işıqlı gələcəyi üçün parlaq gənclərin yetişdirilməsi missiyası bizim üzərimizə düşür.

Qeyd edilib ki, tələbələr mərkəzdə nəinki Türk dünyasının tükənməz mədəni irsi və çoxəsrlik tarixi barəsində tədqiqat apara, həm də beynəlxalq layihələrdə iştirak edə biləcəklər. Həmçinin akademik mobillik proqramı vasitəsilə dünyanın hər yerindən alimlər mərkəzə gələrək öz bilik və təcrübələrini bölüşəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri