Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu genişmiqyaslı beynəlxalq layihə həyata keçirib

Türk Mədəniyyəti və İrsi Fondu genişmiqyaslı beynəlxalq layihə həyata keçirib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 13-15-də Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonu və Petropavl şəhərində turizm, mədəniyyət, təhsil və gənclər siyasəti istiqamətlərində reallaşan beynəlxalq tədbirlər keçirilib.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, əsas tədbirlər sırasında III Beynəlxalq Rəssamlar Simpoziumu, “Mağcan Mərkəzi”nin təntənəli açılışı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən çap olunan “Bizim Mağcan” kitabının təqdimatı, eləcə də “Botay – Böyük Çöl mədəniyyəti” mövzusunda elmi-praktik konfrans yer alır.

Proqram çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini Ermek Koşerbayev, elm və ali təhsil naziri Sayasat Nurbek, turizm və idman nazirinin müavini Erjan Erkinbayev, mədəniyyət və informasiya nazirinin müavini Yevgeni Koçetov bölgəyə səfər edərək ekspozisiyalarla tanış olub, 3 ölkədən alimlər, 12 ölkədən gənc arxeoloqlar və rəssamlarla görüşüblər. Həmçinin turizmin inkişafı, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib.

Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti tədbirlər boyunca tərəfdaş qurumlarla görüşlər keçirib, Botay mədəni irsinin beynəlxalq elmi və yaradıcı platformalarda təbliğinə, həmçinin türk ölkələrindən gələn nümayəndələr arasında koordinasiyanın gücləndirilməsinə dəstək verib.

Fond tərəfindən 7 dildə nəşr olunan “Bizim Mağcan” kitabının təqdimatı yüksək səviyyədə keçirilərək vacib mədəni hadisəyə çevrilib. Nəşr Qazaxıstanın keçmişi, bu günü və gələcəyi ilə maraqlanan, vətəninə və Türk dünyasına dərin hörmət bəsləyən oxucular üçün hazırlanıb. Kitab böyük qazax şairi Mağcan Cumabayevin həyat yolunu, cəmiyyətə töhfələrini və zəngin yaradıcılıq irsini əhatə edir. Bu əsər Mağcanı yalnız ədəbi şəxsiyyət kimi deyil, həm də türk xalqlarının ortaq mədəniyyətinin simvolu kimi təqdim edir və oxucunu onun milli kimlik və azadlıq idealları ilə tanış edir.

Botay mədəniyyətinin ruhu və Mağcan Cumabayevin irsi isə gələcəkdə də nəsillərə ilham verərək, Türk dünyasının keçmişini, bu gününü və gələcəyini vahid mədəni məkan daxilində birləşdirməyə davam edəcək. Botay mədəniyyəti qədim atçılıq ənənələrinin və Eneolit dövrünün unikal maddi-mədəni nümunələrinin öyrənilməsi baxımından təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyasının sivilizasiya yaddaşı üçün xüsusi əhəmiyyət daşıyır.

Türk Mədəniyyəti və İrsi Fondunun Şimali Qazaxıstan vilayətinin akimi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan həftəlik proqram regionun mədəni-turizm potensialının nümayiş etdirilməsinə, elmi mübadilənin inkişafına və yaradıcılıq əməkdaşlığının gücləndirilməsinə yönəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Avqust 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri