Qazaxıstanla nəqliyyat əməkdaşlığı yüksəlir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
AZCON Holdinqin icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb. İlk sənəd Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu arasında yeni “Xəzər körpüsü” (“Super Ferry”) Trans-Xəzər yeni nəsil bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən əməkdaşlıq müqaviləsidir.
Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. Əsas hədəflər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir. Bununla da layihə Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verəcək.
Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi isə AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb. Yeni terminalın yaradılması konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.
Eyni zamanda, görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















