“Qazel”in məşhur mühərrikinin istehsalı dayandırıldı FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Rusiyanın Zavoljsk Avtomobil Zavodunun saytından məşhur ZMZ-406 mühərriki ilə bağlı məlumat silinib.
Avtosfer.az xəbər verir ki, bu 2,3 litrlik benzin mühərriki 90-cı illərin ortalarından 2000-ci illərin ortalarınadək “Qazel” və “Volqa” avtomobillərində quraşdırılıb. Bundan sonra mühərrik təxminən 20 il ehtiyat hissəsi kimi ikinci bazar üçün istehsal olunub.
Bundan sonra daha böyük həcmli ZMZ-405 (2,5 litr) və ZMZ-409 (2,7 litr) mühərriklərin istehsalı başlayıb və bu gün də davam edir.
Məlumatın saytdan çıxarılması zavodun mühərriki satışdan çıxarması anlamına gəlir. Lakin yaxın illərdə hələ də bu mühərrikin təzəsini ehtiyat hissə satıcılarından əldə etmək mümkün olacaq. Hazırda mühərrikin qiyməti Rusiya bazarında təxminən 6000 manatdır.
Vüqar
Oxunub 52
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Fevral 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















