Icma.az
close
up
RU
Qazın satışı və istehlakını tənzimləyən orqanın hüquqi statusu müəyyənləşir

Qazın satışı və istehlakını tənzimləyən orqanın hüquqi statusu müəyyənləşir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qaz təchizatı, qazın nəqli, satışı və istehlakını tənzimləyən orqanın (tənzimləyici) hüquqi statusu müəyyənləşir.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəddə "tənzimləyici" anlayışı qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum kimi ifadə olunur.

Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

qaz təchizatı subyektlərinə qazın nəqli, qazın paylanması, sənaye qaz qurğusunun istismarına dair icazələri verir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;

qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxır;

sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edir;

qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edir;

qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);

kommersiya uçotu qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir).

Tənzimləyici aşağıdakılar daxil olmaqla qaz təchizatı sektorunun monitorinqini həyata keçirəcək (2028-ci il iyulun 1-dən qüvvəyə minir):

icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;

qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;

qaz şəbəkələrinə qoşulmanın;

qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;

qaz qurğularının etibarlı istismarının;

Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri