Icma.az
close
up
RU
Qaz satışını tənzimləyən orqanın hüquqi statusu dəyişir

Qaz satışını tənzimləyən orqanın hüquqi statusu dəyişir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsi və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab ediləcək.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

qaz təchizatı subyektlərinə qazın nəqli, qazın paylanması, sənaye qaz qurğusunun istismarına dair icazələri verir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qaz təchizatı sektorunda tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qaz təchizatı subyektləri tərəfindən icazə şərtlərinə, habelə həmin subyektlər və istehlakçılar tərəfindən qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;
qaz təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qaz təchizatı subyektləri arasında yaranan mübahisələrə və istehlakçıların şikayətlərinə baxır;
sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qazın keyfiyyət göstəricilərinin (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti) qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət edir;
qaz təchizatı subyektlərinin və qaz şəbəkələrinin mövsümi hazırlığının təmin edilməsinə nəzarət edir;
qaz təchizatı subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
qaz təchizatı subyektlərinin təqdim etdikləri iş və xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
qaz təchizatı sektorunda fəaliyyətin həyata keçirilməsinə dair təlimatları təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir);
kommersiya uçotu qaydalarını təsdiq edir (2028-ci il iyulun 1-dən qüvvəyə minir).
Tənzimləyici aşağıdakılar daxil olmaqla qaz təchizatı sektorunun monitorinqini həyata keçirəcək (2028-ci il iyulun 1-dən qüvvəyə minir):

icazə tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsində şəffaflığın;
qaz təchizatı subyektlərinin qaz qurğularının texniki göstəricilərinin;
qaz şəbəkələrinə qoşulmanın;
qaz təchizatı sektorunda satıcı-istehlakçı münasibətlərinin;
qaz qurğularının etibarlı istismarının;
Tənzimləyici tərəfindən qaz təchizatı sektorunu tənzimləyən qanunlar və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Qaz təchizatı sektorunda dövlət nəzarətinin həyata keçirilməsi zamanı qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması halları aşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər veriləcək. Həmin yazılı göstərişlərin icrası qaz təchizatı subyektləri və istehlakçılar üçün məcburi olacaq.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri