Icma.az
close
up
RU
QDTİB gələcək inkişaf yolunu Bakıda müzakirə edir

QDTİB gələcək inkişaf yolunu Bakıda müzakirə edir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik toplantısı öz işinə başlayıb.

Əvvəlcə QDTİB-nin prezidenti Serhat Köksal və bankın rəhbər heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

İllik toplantının açılış mərasimində çıxış edən maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev bu mötəbər tədbirin qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir dövrə təsadüf etdiyini diqqətə çatdırıb. Geosiyasi dəyişikliklər, iqlim çağırışları və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə regional əməkdaşlığın gücləndirilməsi üçün kapitalın, innovasiyaların və insan potensialının bir araya gətirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan nazir son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib.

Nazir bu prioritetlər çərçivəsində enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və bərpaolunan enerji kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Qeyd olunub ki, Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə ölkəmizdə mühüm investisiyalar həyata keçirilib.

Maliyyə naziri Azərbaycanın Avrasiya məkanında mühüm iqtisadi və logistika qovşağına çevrildiyini xatırladaraq bildirib ki, xüsusilə Orta Dəhlizin artan strateji əhəmiyyəti, limanlara, avtomobil və dəmir yollarına, logistika mərkəzlərinə, habelə rəqəmsal infrastruktura yönəlmiş irimiqyaslı investisiyalar ölkənin tranzit və etibarlı ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib.

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq münasibətlərinə toxunan Sahil Babayev deyib ki, hazırda bank üzvü olan ölkələri təkcə coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. Diqqətə çatdırılıb ki, QDTİB Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir. Nazir bankın özəl sektorun inkişafına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə və ticarətin dəstəklənməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək prioritet istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Serhat Köksal isə çıxışında bankla uzun illər ərzində formalaşmış möhkəm və etibarlı tərəfdaşlığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib. Onun sözlərinə görə, ölkəmiz bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır.

QDTİB-nin Azərbaycandakı fəaliyyətinin ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf etdiyini vurğulayan Serhat Köksal bildirib ki, qurumun Bakıda keçirilən illik toplantısı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır. O, təmsil etdiyi qurumun ölkəmizin davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.

İllik Toplantıda QDTİB-nin 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, maliyyə hesabatları təsdiq edilib və 2026-cı il üzrə büdcəsi müzakirə olunub. Qeyd edək ki, 2027-ci ildə Bankın Rəhbərlər Şurasının 29-cu İllik Toplantısına sədrlik Bolqarıstana keçir.

QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı iyulun 2-də “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusuna həsr olunacaq Biznes forumla davam edəcək.

İki gün davam edəcək tədbirdə bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda Biznes Forumu da keçiriləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək. Tədbir çərçivəsində plenar sessiyalar, təqdimatlar və B2B görüşlər də təşkil olunacaq.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri